
Öskürək boğaz nahiyəsini selikdən və ya xarici qıcıqlandırıcılardan təmizləmək üçün yaradılmış təbii refleks hərəkətdir. Ümumiyyətlə, hər kəs müəyyən vaxtlarda boğazını təmizləmək lazım gəldikdə bu refleksdən istifadə edə bilər. Bəzi insanlarda bu refleks olduqca tez-tez baş verir və insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. 3 həftədən az davam edən öskürək şikayətinə kəskin (qısamüddətli və yeni başlayan) öskürək deyilir.
Kəskin öskürəkdə inkişaf edən öskürək tutmaları adətən 2 həftə ərzində öz-özünə geriləməyə meyllidir. Əgər öskürək şikayəti 3-8 həftə davam edirsə və bu müddətin sonunda geriləyirsə, kəskin öskürək adlanır. 8 həftədən çox davam edən öskürək xroniki öskürək olaraq təyin olunur.
Öskürək refleksini irəlilədən bir çox fərqli vəziyyət var. Qida qəbulu zamanı qida və ya maye hissəciklərin tənəffüs yolları ilə təması öskürəyin ən çox yayılmış səbəbidir. Bu bölgədəki həssas sinir lifləri təmasda stimullaşdırılır və öskürək refleksini aktivləşdirərək aspirasiyanın qarşısını alır. Aspirasiya baş verərsə və insan yemək səbəbindən nəfəs ala bilmirsə, dərhal Heimlich manevri edilməlidir. Öskürək refleksini irəlilədən qida aspirasiyası ilə yanaşı digər şərtlər də var.
Mənbə: medicalpark.com
Tərcümə etdi: Səmayə Qədirova
