
Əl-ayaq xəstəliyi və ya daha çox əl-ayaq-ağız xəstəliyi kimi tanınan, virusun səbəb olduğu infeksiya nəticəsində baş verən çox yoluxucu, səpgilərə bənzər bir xəstəlikdir. Simptomlara ağızda və ya ətrafında yaralar daxildir: Əllərdə, ayaqlarda və ya ombalarda səpgilər və qabarcıqlar şəklində özünü göstərir.
Narahatedici bir xəstəlik olsa da, ciddi simptomları yoxdur. Hər yaş qrupunda baş verə bilsə də, daha çox 10 yaşdan kiçik uşaqlarda rast gəlinir. Xəstəliyin qəti bir müalicəsi olmasa da, simptomları aradan qaldırmaq üçün bəzi tədbirlər görülə bilər.
Əl ayaq və ağız xəstəliyinin səbəbləri nələrdir?
Adətən xəstəliyə səbəb olan iki virus var. Bunlara coxsackievirus A16 və enterovirus 71 deyilir. Bir şəxs virusu daşıyan biri ilə təmasda olduqda və ya virusa yoluxmuş oyuncaq və ya qapı dəstəyi kimi əşyalara toxunaraq virusa yoluxa bilər. Virus yay və payız aylarında asanlıqla yayılmağa meyllidir.
Mənbə: medicalpark.com
Tərcümə etdi: Səmayə Qədirova
