Mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta nisbətən kiçik kəllə-beyin travması da bəzən əhəmiyyətli nəticələrə səbəb ola bilər.Ç ünki beyin jele kimi bir orqandır və asanlıqla zədələnir. Kəllə tərəfindən qorunsa da, sürətli və ani hərəkətlər bu sümük qutusunun içindəki beyni zədələyə bilər. Buna görə də belə kiçik zədələr belə beyin zədələnməsinə səbəb ola bilər.

Təhlükəli olanı budur: Əvvəlcə zərər kənardan hiss olunmaya bilər. Ciddi toqquşma keçirmiş şəxslər ilkin müayinə zamanı şüurlu və xəsarət almamış görünə bilərlər.İlk simptomların görünməsi hətta 48 saat çəkə bilər. Bu səbəbdən mütəxəssislər deyir ki, başından zərbə alan şəxs zərbə nə qədər yüngül görünsə də, dərhal həkimə müraciət etməlidir. Zərbənin şiddəti beynin titrəməsinə, sinir və toxumaların zədələnməsinə səbəb ola bilər. Kəllə sümüyünün kəskin çıxıntıları beynin damarlarını kəsə və qanaxmaya səbəb ola bilər. Bədəndəki digər zədələrdə olduğu kimi, şişlik və göyərmə də baş verə bilər. Çıxış yolu olmadığı üçün yaranan təzyiq beyni sıxa bilər.Bu təcili tibbi yardımdır.
Mənbə: BBC.news türkçə
Tərcümə etdi: Nərgiz Orucova
