Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqust ayında Mpox virusunun yoluxucu Clade I variantı ilə əlaqədar qlobal ictimai sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan edib.
Hindistan ictimai səhiyyə rəsmiləri, virusun daha yoluxucu Clade I variantının Dubaydan Keralaya qayıdan 38 yaşlı bir kişidə aşkar edildiyini bildirib.
Növbəti altı ay ərzində Mpox hadisələrinin görüldüyü bölgələrdən insanları izləmək üçün addımlar atılacağı açıqlanıb.
Mpox Afrikada sürətlə yayılır. Beynəlxalq təşkilatlar fövqəladə hallara daha sürətli reaksiya verməyə çağırır. Epidemiya on ildən artıqdır ki, davam edir. Əsasən yoluxmuş vəhşi heyvanları yeyərək yayılır. Xəstələnənlər virusu yaxın təmasda olduqları insanlara ötürə bilər və xüsusilə uşaqlar bundan təsirlənir.
Clade 1b Mpox-un yeni variantıdır və Konqo Demokratik Respublikasının şərqində və qonşu ölkələrdə epidemiyalara səbəb olur.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
