Bu gün:

Kaşki deməzdən əvvəl iki dəfə düşünün



 Həyatınızda hər zaman peşmanlıq duyursunuz və əgər tez-tez "kaş ki" ilə başlayan cümlələrdən istifadə edirsinizsə, diqqətli olun! Bu vəziyyətin təkcə stressə səbəb olmadığını bildirən Prof. Dr. Uludüz bildirib ki, beynin idrak funksiyaları da zəifləyir

Hər bir insan həyatının müəyyən dövründə etdiklərinə və ya edə bilmədiklərinə görə peşman olur. Əsas odur ki, bu peşmanlıqlar daim xatırlanıb, tez-tez dilə gətirilib və həyatımıza mənfi təsir göstərməsin.  ""Kaş ki"ləriniz  bitməsə zərər görəcəksiniz" xəbərdarlığını edən nevroloq Prof. Dr. Derya Uludüz bu vəziyyətin beyin sağlamlığına təsirlərini belə izah edib:

Beyində nə baş verir?

Daim keçmişdə ilişib qalmaq beynimizi yorur.  Ona görə də, məntiqli düşünə bilmirik, məntiqli düşünə bilməyəndə səhv qərarlar veririk və əsasən boş yerə özümüzü yoruruq. Qısa müddətə istirahət etsək də, yenə özümüzə əsəbiləşirik. "Kaş bunu deməsəydim", "kaş bunu etməsəydim", "kaş qırmasaydım"... Zamanı geri qaytarıb etdiyimiz səhvi düzəltməyənə qədər beynimiz bu vəziyyətdən əziyyət çəkəcək. Çünki bu düşüncələr beynə mənfi təsir edir və şüuraltımız mənfi qeydlər etməyə davam edir.  Bu səbəbdən, beyin zamanla kiçilir, yəni beyin toxuması, xüsusən də yaddaş sahələri zədələnir və zamanla funksiyasını itirir.  Beynin kiçilməsi ilə birlikdə öyrənmə çətinliyi, konsentrasiyanın olmaması, söz tapmaqda çətinlik, ünsiyyət bacarıqlarının zəifləməsi,  yaddaş problemi, bədəndə və beyində iltihabın artması,  beyin hüceyrələrin bir-birləri ilə əlaqənin azalması səbəbindən düşüncə sürətində yavaşlama müşahidə edilə bilər. “Science” jurnalında dərc edilən böyük bir araşdırmada peşmanlıq hissi keçirən insanlar beyninin prefrontal bölgələrində, qərar qəbul edən və emosiyaları idarə edən hissəsində azalmış boz maddə olduğunu göstərdilər.  Tez-tez peşman olan insanlar daha çox impulsiv davranışlar (səbirsiz, impulsivlik) ilə məşğul olurlar və impulslarını idarə etməkdə çətinlik çəkirlər.

Depressiyaya səbəb ola bilər

 Peşmanlıq normal bir duyğu olsa da, dəfələrlə təkrar edildikdə depressiyaya, xroniki kədərə və əzablara səbəb ola bilər.  2010-cu ildə Journal of Psychology-də nəşr olunan bir araşdırma göstərdi ki, təkrarlanan mənfi düşüncələr peşmanlıq və depressiv simptomlar arasındakı əlaqəyə vasitəçilik edir.

Nə etməliyik?

Səhvlərimizdən peşman olmadan dərs çıxara bilmərik, bu da eyni səhvləri təkrarlamağa səbəb olacaq. Psixologiya professoru Aidan Feeney "kaş ki"lərin qərar vermə qabiliyyətimizi necə inkişaf etdirə biləcəyini öyrənmək üçün bir mexanizm rolunu oynadığını vurğuladı.  Bunun yolu “peşmanlığı özümüzə zərər verən  cəza vasitəsi olmaqdandan  çıxarmaqdır”dır.  “Mən bunu mütləq etmə(mə)liydim” kimi birmənalı mövqe tutmaq “öyrənmə və motivasiya düşməni” kimi qarşımıza çıxır.  “Görəsən mən bunu niyə etdim?” əvəzinə  deyə tərəfdən soruşmaq isə  çıxış yolu ola bilər.

 Kaşkilərinizi  azaltmaq üçün:

 ■ Birincisi  peşmanlığın hər kəs üçün normal bir hiss olduğunu qəbul edin.

 ■ Peşman olduğunuz vəziyyəti yenidən nəzərdən keçirməyə çalışın və ondan çıxara biləcəyiniz müsbət dərslərin olub-olmadığını yoxlayın.

 ■ Özünüzə qarşı həmişə mehriban olun və hər kəsin səhv etdiyini unutmayın.

 ■ Səhvlərinizi və ya çatışmazlıqlarınızı daim hesablamaq əvəzinə, onları qəbul edin.  Mümkünsə, onu düzəltməyə çalışın.

 ■ Hisslərinizi dost, ailə üzvü və ya terapevt kimi etibar etdiyiniz biri ilə paylaşın.

 ■ Keçmişdə ilişib qalmaqdan çəkinin və indiki vaxta diqqət edin.

 ■ İrəliləməyə kömək etmək üçün yeni məqsədlər qoyun və ya yeni fəaliyyətlərlə məşğul olun.

 ■ Təcrübədən öyrənmə fürsəti kimi istifadə edin və gələcəkdə oxşar səhvlərə yol verməmək üçün həyatınızda bəzi dəyişikliklər etməyə çalışın.

 ■ Uğursuz olduğunuzu düşünmək əvəzinə, məqsədinizə başqa yolla çatmağa çalışın.

Mənbə: Sözcü 

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et