Bu gün:

Malayziya mağaralarında 16 min illik skelet və kristallar tapılıb


Arxeoloqlar Malayziyada mağaralarda aparılan qazıntılar zamanı 16 min il əvvələ aid qəbirlər və daş alətlər aşkar ediblər.

Malayziyada su elektrik bəndi üçün su altında qalacaq mağaralarda aparılan araşdırmalar nəticəsində 16.000 ilə aid olduğu düşünülən, minlərlə yaşı olan məzar aşkar edilib.

Paytaxt Kuala Lumpurdan təqribən 215 kilometr şimalda, ucqar Nenggiri vadisində yerləşən mağaralar su anbarı planlaşdırıldığı kimi 2027-ci ilin ortalarına qədər dolarsa, 300 meqavatlıq su elektrik enerjisini qidalandıracaq 53 kvadrat kilometrlik göl yaradacaq. 

Bəzi tədqiqatçılar bu mədəniyyətin Cənub-Şərqi Asiyanın digər yerlərində, Cənub-Qərbi Çindən İndoneziyaya qədər olan və unikal daş alətlər hazırlayan ovçu-toplayıcılar olan Hoabinhian mədəniyyətinin bir qolu olduğunu irəli sürürlər. Alimlər düşünürlər ki, bu icmalar indi məişətdə istifadə edilən bir çox yabanı bitkilərdən, məsələn, bibər, lobya və betel qoz-fındıqlarından istifadə edirdilər.

Nenggiri Vadisi qazıntılarını idarə edən Ramli, komandasının dörd fərqli ərazidə 13 əhəngdaşı mağarasında cəmi 16 nəfərin məzarını tapdığını bildirir.

Mağara tapıntıları

Ramlinin dediyinə görə, qismən əyilmiş və ya "tam əyilmiş" vəziyyətdə 15 skelet tapılıb ki, bu da bu bölgədə neolitdən əvvəlki dəfn təcrübəsini göstərir. Lakin digər skelet düz basdırılmışdı və bu mağaradakı çöküntü təbəqələrinin tarixi və radiokarbon analizi skeletin təxminən 6000 il əvvəl Neolit dövrünə aid olduğunu göstərir.

Arxeoloqlar mağaralardan 16 skeletlə birlikdə 71 mindən çox tarixdən əvvəlki dövrə aid əşyalar aşkar ediblər. Bu əşyaların əksəriyyəti işlənmiş daş alətlərin bir parçası idi, lakin qazıntılar zamanı minlərlə saxsı qab parçaları və daş bəzək əşyaları da tapıldı.

Malayziyanın dövlət xəbər agentliyi Bernama-nın məlumatına görə, Nenggiri vadisində arxeoloji işlər 2022-ci ilin martında başlayıb və 2023-cü ilin oktyabrında tamamlanıb. Ən əhəmiyyətli tapıntılardan biri Gua Keledung Kecil adlı mağarada tapılan və 14.000-16.000 il əvvələ aid edilən tam insan skeletidir.

"Bu, ölkədə tam əyilmiş vəziyyətdə tapılan ən əskiksiz və ən qədim skeletdir" deyir Ramli.

Mənbə: arkeofili 

Tərcümə etdi:Aytac Musayeva 

Paylaş
Şərh əlavə et