Bu gün:

Transfer haqqı olan Dele Alliyə sürpriz namizəd


Evertonla müqaviləsi başa çatan keçmiş Beşiktaş ulduzu La Liqa təmsilçisi Real Betisin gündəminə düşüb.

İngilis ulduzla La Liqa təmsilçisi Real Betisin maraqlandığı iddia edilib. 

İspaniya mətbuatı Evertonla müqaviləsi başa çatdıqdan sonra transfer haqqını alan Dele Alli ilə bağlı manşetlərə çıxıb.

İskonun zədəsi təkrarlanandan və Rodri Sançes Qətərin “Əl Ərəbi” komandası ilə müqavilə imzaladıqdan sonra “Betis” yolunu 28 yaşlı oyunçuya çevirib.

“Betis” üçün həm hücumçu arxasında, həm də cinahda ideal variant kimi görünən Allinin transferini baş məşqçi Manuel Pelleqrininin də bəyəndiyi bildirilib.

Xəbərdə İspaniya komandasının ingilis oyunçuya bir illik müqavilə təklif edəcəyi də yer alıb.


Mənbə: TRT Haber

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et