Gündəlik təlaş içində sakitliyinizi qorumaq asan olmaya bilər. Beləliklə, daha rahat hiss etmək üçün nə edə bilərsiniz?
Daha rahat olmağa kömək edəcək 5 vərdiş:

Gözləntilərinizi nəzarətdə saxlayın
Gözləntilər uzun müddətdə stress səviyyənizi artırır. Buna görə də öz rahatlığınız üçün hər şeyi olduğu kimi qəbul etməyi öyrənməyə çalışın.
Kiçik şeylərə əhəmiyyət verməyin
Əhəmiyyətli olmayan şeylərə meyil etmək həyatınıza mənfi təsir edəcək. Ona görə də xırda şeylərdən narahat olmayın və diqqətinizi daha vacib məsələlərə yönəldin.
Sağlam sərhədlər təyin edin
Yox deməyi öyrənmək və həyatınızdakı insanlarla sağlam sərhədlər qoymaq sizi daha xoşbəxt edəcək.
Duyğularınıza nəzarət etməyə çalışmayın.
Duyğularınızı idarə etməyə çalışmaq davamlı stress və məyusluğa səbəb olur. Kədərli və ya narahat olduğunuz zaman xoşbəxt olmağa çalışmaq əvəzinə vəziyyəti qəbul edin. Bu sizi rahatlaşdıracaq.
Sizi dəstəkləyən insanlarla özünüzü əhatə edin
Dinclik o zaman gələcək ki, həyatınız həqiqətən sizinlə maraqlanan, birlikdə vaxt keçirməkdən zövq alan və çətin anlarda sizə könüllü dəstək olan insanlarla əhatə olunsun.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
