Daniel Rikkardo deyir ki, Formula 1 karyerası başa çatmazdan əvvəl Maks Verstappenlə birlikdə yarışmaq üçün son şans əldə edəcəyinə ümid edir.

Avstraliyalı "VCARB" ilə cari müqaviləsinin sonuna yaxınlaşır və 2025-ci il üçün heç bir müqavilə imzalanmayıb. Serxio Peresin son vaxtlar əhəmiyyətli performansının azalması səbəbindən Rikkardo 2024-cü il mövsümünün ikinci yarısında meksikalı pilotu əvəzləməyə yaxın idi, lakin "Red Bull Racing" yay fasiləsindən sonra Peresin yerini qoruyub saxlamağı seçdi.
Rikkardo VCARB komandası ilə müqavilənin uzadılmasına ümid etməyə davam etsə də, Red Bull-da Verstappen-ə qoşulmaq fürsəti sürətlə bağlanır. Avstraliyalı açıq şəkildə bildirdi ki, Formula 1 karyerası bitməzdən əvvəl ona bu fürsətin verilməsini istəyir.
Rikkardo: "Bilirəm ki, mən bunu qazanmalıyam. Bu, sadəcə mənə verilməyəcək, amma bunu qazanmışamsa və şansım varsa, əlbəttə ki, bunu etmək istəyirəm."
Rikkardonun şansı çox güman ki, Perezin yay fasiləsindən sonra nə qədər yaxşı çıxış etməsindən asılı olacaq. Mən tamamilə motivasiya olunmuşam və diqqətimi cəmləmişəm. Burada bir ilim qalıb, yoxsa beş ilim var, bilmirəm, ona görə də bunu son şansım kimi qəbul edirəm. Sonradan peşman olub “lənətə gəlsin, mən başqa cür davranmalıydım” demək istəmirəm. Beləliklə, mən yaxşı bir yerdəyəm, çünki hər şeyimi verməyə rahatam."
Bu yaxınlarda VCARB CEO-su Peter Bayer, Rikkardonun trasdakı performansını və diqqətini yaxşılaşdırmaq üçün sosial media kimi diqqəti yayındıranları həyatından necə çıxardığından bəhs edib.
Mənbə: Motorsport.com
Tərcümə etdi: Məhəmməd Qasımov
