Bu gün:

Uşaqların istedadlarını necə araşdırmaq və istiqamətləndirmək lazımdır?


Erkən yaşda olan hər bir uşaq dünyanı araşdırmağa çalışan bir tədqiqatçıdır; ağlı hər şeyi digərlərindən daha sürətli və daha praktik şəkildə emal edə bilir. Bir valideynin və ya tərbiyəçinin bu mövzuda bilməli olduğu ən vacib məqam bacarıqsız uşağın olmaması, kəşf edilməmiş bir uşağın olmasıdır. Bəs uşaqların potensiallarını reallaşdırmaq, qabiliyyətlərini əks etdirmək üçün daha rahat olacağı bir yer tapmaq, həqiqətən, çətindir? Uşaqların istedadlarını kəşf  etmək üçün bir neçə ipucu!

Onu maraqlandıran şeylərə nəzər salın

Uşağa qulluq, əslində, müşahidə işidir. Nə etdiyini, nəyə diqqət yetirdiyini, gənc yaşda ən çox nəyi sevdiyini müşahidə etmək erkən yaşda gələcək bir alim, musiqiçi, sənətkar kəşf etməyinizə kömək edə bilər.

İstedadlarına uyğun alətlərə yönəldin

Kiçik uşaqların qabiliyyət və maraqlarını öyrənmək qədər dəyərli bir şey varsa, doğru sahələrə yönəlməkdir. Məsələn, göylə maraqlanan və onsuz da Günəş sisteminin planetlərini saya bilən bir uşaq üçün bir teleskop ya da həmişə eyni musiqini dinləyən bir uşaq üçün bir musiqi aləti; bu, istedad və marağın uyğun alətlərlə qarşılaşmasına səbəb olacaqdır.

Hər uşaq xüsusidir və qabiliyyətləri fərqlidir. Bunu unutmayın!

Uşaqlar və onların qabiliyyətləri arasında fərqlər var. Körpəniz dünyaya gələndə onun hansı qabiliyyətlərə sahib olduğunu anlamaq üçün vaxt lazımdır. Valideynləri olaraq körpəlikdən bəri mümkün qədər çox fərqli stimulla qarşılaşdıqlarına əmin olmalısınız ki, bu qabiliyyəti özlərində kəşf edə bilsinlər. Qabiliyyətləri görünməyə başlayan uşağın qabiliyyətlərinə uyğun hərəkət etmək, bacarıqlarına uyğun vasitələr seçmək çox vacibdir.

Mənbə: hürriyet

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et