Bu gün:

Davranışı dəyişdirməyin çətin olmasının səbəbləri


İstədiyimiz dəyişikliyin pəhriz, məşq, vərdişlər, asılılıqlar və ya başqa bir şeylə bağlı olmasından asılı olmayaraq, davranışı dəyişdirmək bir insanın etməyə çalışacağı ən çətin şeylərdən biridir.

Bu yazıda arzuolunmaz davranışı dəyişdirməyin çətin olmasının bəzi səbəblərini təqdim edəcəyik.

1. Mənfi duyğular tərəfindən motivasiya edilirik

Təəssüf, utanc, alçaldılma, qorxu və günahkarlıq kimi güclü hiss olunan mənfi emosiyaların davamlı davranış dəyişikliyinə səbəb ola biləcəyini düşünmək başa düşülsə də, əslində bunun əksi baş verir. Alçaldılma, aşağılama və lağ etmə kimi mənfi emosiyalar bizi əslində etmədiyimiz şeyləri etdiyimizi düşünməyə və ya səhv bir şey etdiyimizi hiss etməyə sövq edə bilər, lakin onlar, şübhəsiz ki, davamlı dəyişikliklər etmək üçün funksional motivasiya deyil.

2. Düşüncə aldatmaları tərəfindən tələyə düşürük

Bir davranışı dəyişdirməyə çalışarkən həddən artıq yüklənmiş hiss etmək "ya hər şey və ya heç nə" düşüncəsini təşviq etməyə meyillidir: "Problemlərimi birdən həll edəcəm və dəyişəcəyəm və əgər uğursuz olsam, bu, edə bilməyəcəm deməkdir." Əgər həqiqətən dəyişmək istəyiriksə, etməli olduğumuz ilk şeylərdən biri ya hər şey və ya heç nə düşüncəsini masadan götürmək və bunu edərkən bir neçə başqa düşüncə səhvini aradan qaldırmaqdır.

3. İstəyirik ki, dəyişiklik bir anda baş versin

Davranış dəyişikliyi, dəyişdirilən davranışdan asılı olmayaraq böyük bir şeydir və onların hamısını bir anda aradan qaldırmaq demək olar ki, mümkün deyil. Bununla belə, biz haradansa və konkret, ölçülə bilən hərəkətlərlə başlamalıyıq. Böyük və qeyri-müəyyənlik öz yerini kiçik və konkretliyə verməlidir. "Mən məşq etməyə başlayacağam." Bunun əvəzinə, “Bu axşam işdən sonra Edgemont Road-da 30 dəqiqəlik gəzməyə başlayacağam” deməyi öyrənməliyik.

4. Biz çox şeyi dəyişdirməyə çalışırıq

Ancaq birdən çox davranışı dəyişdirməyə çalışmaq, onları daha da pisləşdirməyin etibarlı yoludur. Dəyişikliyi reallaşdırmaq üçün ehtiyacımız olan diqqət, özünə nəzarət, motivasiya və s. resurslar məhduddur. Çox şeyi dəyişdirməyə çalışmaq bu resurslara qeyri-real tələblər qoyur və səylərimizi vaxtından əvvəl məğlubiyyətə uğradır.

Mənbə: evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et