Qərəzlərin çox müxtəlif səbəbləri var və bunlar çox vaxt insanda fərqinə varmadan qərəzlərin formalaşmasına səbəb olur. Müxtəlif situasiyalarda və müəyyən şərtlərdə yarana bilən qərəzlər insandan insana fərqli ola bilər, çünki şərtlər qərəzlərin formalaşmasında mühüm determinantlardır.
Məyusluq
Psixoanalitiklərin fikrincə, xüsusilə uşaqlıq dövründə yaranan məyusluqlar müxtəlif emosional gərginliklər yaradır və müvafiq olaraq sonrakı situasiyalarda bu emosional gərginliklər qərəz kimi özünü göstərə bilər. Bunu ətraf mühitdən və həyatdan asılı olaraq inkişaf edən maneələrin nəticəsi kimi görmək olar.
Qüsurlu şəxsiyyət və zəif xarakter
Bunun normal olmadığını düşünənlər, ön mühakimələrin yalnız qüsurlu şəxsiyyətlərdə və zəif xarakterlərdə meydana çıxa biləcəyini müdafiə edirlər. Etibarlılığı olmayan bu yanaşmaya görə, ön mühakimələr nevrotik insanların etibarsızlığı və narahatlığı nəticəsində yaranır. Şiddətli narahatlıq və nevrotik pozğunluqların qərəzlərə səbəb ola biləcəyi mümkün görünə bilər və əslində, qərəzlər həqiqətən etibarsızlıq və narahatlıq kimi vəziyyətlərdə ortaya çıxmağa meyllidir.
Sosial-mədəni amillər
Qərəzlərin formalaşmasında sosial-mədəni amillər də çox təsirlidir, çünki ön mühakimələr təkcə insanın düşüncələri ilə baş vermir. Cəmiyyətdə yaşayan fərdlərin yaşayış yerlərindəki qruplar, etnik mənşəyi və baxışları, fərqli düşüncə tərzi və insanların həyat tərzi kimi bir çox ətraf mühit faktorları, əslində, qərəzlər üçün çox həlledicidir. Şəxsiyyəti cəmiyyətdən və yaşadığı coğrafiyadan ayrı hesab etmək mümkün olmadığından, sosial-mədəni amillərin ön mühakimələrə təsiri çox böyükdür. Mexanikləşmə, müxtəlif qrupların bir yerdə yaşaması, şəhərlərdə mürəkkəbliyin artması, müxtəlif qrupların iqtisadi və sosial baxımdan yuxarı təbəqələrdə məskunlaşma meyli, xüsusən də iş və təhsil sahəsində rəqabətin artması və bunlara daha çox önəm verilməsi, iqamətgahlar arasındakı sinif fərqləri, yaşayış standartlarının qeyri-kafiliyi təəssüf ki, bu kimi bir çox sosial-mədəni fərqlər ön mühakimələrin formalaşmasında böyük əhəmiyyət kəsb edir.
Stereotiplər
Stereotiplər müxtəlif qrupları və ya zehni standartları olan insanları qiymətləndirmək üçün fəaliyyət göstərir. Beynimizdə kodlaşdırdığımız insanlar avtomatik olaraq bir stereotiplə uyğunlaşdırılır və bu stereotipin altındakı standart məlumat insanlarla uyğunlaşdırılır. Təəssüf ki, stereotiplər qərəzlərə yol açır və avtomatik olaraq yarandığı üçün dəyişdirilməsi çox çətindir. Çox vaxt stereotipə uyğun gəlməyən məlumatlara məhəl qoymamaq meyli var. Məsələn, kənddə yaşayanların ziyalı olmadığı stereotipinə malik olan fərd universitetdə oxuyan və kənddə yaşayan kiminsə haqqında eşidəndə bunu istisna hal kimi görür və stereotipə üstünlük verir. Təəssüf ki, stereotipləri dəyişdirmək çox çətin olduğundan, davranışa çevrilə bilən stereotiplər kifayət qədər təhlükəli ola bilər və sosial həyatda böyük problemlər yarada bilər. Bunları dəyişdirməklə, qərəzlər də dəyişə və yox ola bilər.
Mənbə: Psikolog Merkezi
Tərcümə etdi: Aminə Paşazadə
