Maqnezium (Mg) insan orqanizmi üçün vacib olan 11 mineraldan biridir. İnsanlarda tapılan minerallar arasında miqdarına görə dördüncü yeri tutur. Kimyəvi cəhətdən, qələvi torpaq metal sinfindən bir elementdir. Son iyirmi ildə aparılan araşdırmalar göstərdi ki, maqnezium həm hüceyrələrarası, həm də hüceyrədaxili əlaqədə çox mühüm rol oynayır.
Maqneziumun bu qədər vacib olmasının əsas səbəbi bədənimizdə 300-dən çox fermentin fəaliyyətində əsas rol oynamasıdır. Orqanizm bu mühüm elementi özbaşına istehsal edə bilmədiyi üçün onu xaricdən qida yolu ilə almalıdır.
Orta yaşlı bir insanda təxminən 24 qram maqnezium var. Bədənimizdəki maqnezium ehtiyatı daim yenilənməlidir. Yəni bu mineralın öz funksiyalarını yerinə yetirməsi üçün onu daim bədənə daxil olmasını təmin etmək lazımdır.
Təbiətdə maqnezium torpaqda və dəniz suyunda olur. Bitkilər torpaqda olan maqneziumdan istifadə edirlər. Maqneziumun əslində bitki dünyasının dəmiri olduğunu söyləmək olar. Dəmir insan orqanizmində hemoglobin quruluşuna daxil olduğu kimi, maqnezium da bitkilərdə xlorofil quruluşuna daxil olur.
İnsan orqanizmindəki maqneziumun 60%-i sümüklərdə və dişlərdədir. Qalan 40% yumşaq toxumalarda (əzələ), yalnız 1% qanda olur. Maqnezium beyin və ürəkdə digər orqanlara nisbətən daha sıx olur.
Maqneziumun faydaları:
Maqneziumun maddələr mübadiləsi üçün bir çox faydası var.
Əsas funksiyasını onun 40%-nin olduğu qan və əzələ sistemlərində göstərir. Əzələlərin güclənməsində, zülal sintezində və ferment sisteminin fəaliyyətində, hüceyrələrin böyüməsində və yenilənməsində mühüm rol oynayır.
Hormonların (insulin, tiroid hormonları, estrogen, testosteron, DHEA), sinir hüceyrələri, minerallar və elektrolitlər arasında ötürülməsini təmin edən neyrotransmitter adlanan maddələrin (dopamin, katekolamin, serotonin, GABA) və bir çox hormonların ötürülməsində, qidaların və hüceyrə membranının elektrik potensialını dəyişdirərək qəbulunu və sərbəst buraxılmasını idarə etməkdə rol oynayır.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova