Bu gün:

Ölümsüzlük axtarışı: Qədim Misirdə mumiyalama necə başlayıb?


Qədim Misir tarix boyu ölümə bənzərsiz yanaşmaları ilə tanınıb. Bu qədim sivilizasiyanın ölümsüzlük axtarışı bədəni xarab olmaqdan qorumaq məqsədi daşıyan mumiyalama texnikası ilə konkretləşib. 

Mumiyalaşdırmanın mənşəyini araşdırmazdan əvvəl, qədim misirlilərin ölülərini necə basdırdıqları və hansı ənənələrə əməl etdikləri olduqca maraqlıdır. Tez-tez verilən sualın cavabı budur...

York Universiteti bu mövzunu araşdırıb:

Mövzu ilə bağlı iki məqalə yazan İngiltərədəki York Universitetinin tədqiqatçısı Stephen Buckley, "Misirdə mumiyalamanın mənşəyinə dair açıq elmi dəlillərimiz var və bu dəlillər eramızdan əvvəl 4300-cü ilə aiddir. Daha da qədim dövrlərə təsadüf etdiyini görə bilərik" deyib.

Onların sübutları arasında Qahirədən təxminən 200 mil cənubda, Mostagedda bölgəsindəki qədim Misir qəbiristanlığında tapılan 6300 illik mumiya sarğıları var. Buckley və həmkarlarının 2014-cü ildə PLOS One araşdırmasında qeyd etdiyi kimi, qəbirlər 20-ci əsrin əvvəllərində qazılıb və sarğılar İngiltərəyə gətirilib və hazırda Bolton Muzeyində saxlanılır.

Təbii mumyalamada istifadə edilən sarğılar  sınaqdan keçirilib

Tədqiqat zamanı alimlər sarğıları sınaqdan keçirib və onların tərkibində adətən balzamlamada istifadə olunan qatranların olduğunu aşkar ediblər. Testlər göstərir ki, bu qatranlar müxtəlif inqrediyentlərdən, o cümlədən bitki yağı, heyvan yağları, arı mumu və bitki saqqızından hazırlanır.

Alimlər bildirdilər ki, oxşar qatranlar sonrakı dövrlərdə qədim misirlilər tərəfindən də mumiyalama üçün istifadə edilib.

Təbii mumyalama

Cəsədlərin mumiyalanması üçün süni üsullardan istifadə edilməsinə dair ilk dəlillər eramızdan əvvəl 4300-cü ilə aid olsa da, misirlilər daha əvvəl təbii mumiyalama ilə məşğul olublar.

Bakli deyib ki, təbii mumiyalama “ilıq, quru qumda basdırmaq kimi əlverişli dəfn şəraitinin yaratdığı təsadüfi bir prosesdir”. Misirlilər heç vaxt öz ölülərini təbii yolla mumiyalamağa başlamadılar". 

Qahirədəki Amerika Universitetinin Misirologiya professoru Səlimə İkram təbii yolla mumiyalanmış mumiyaların ən qədim nümunələrinin e.ə. 5 min il əvvələ aid olduğunu bildirib.

Süni mumiyalama işlənib hazırlandıqdan sonra belə, bir çox misirlilər hələ də təbii yolla mumiyalanıblar, çünki süni mumiyalamağa razılıq verə bilməyiblər və buna görə də səhrada basdırılıblar. "Qədim misirlilərin əksəriyyəti heç bir hazırlıq görmədən sadəcə olaraq yerdəki çuxura yerləşdirilib. Deməli, onlar təsadüfən təbii mumiyalanmış ola bilər", - Bakli bildirib. 

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et