Bu gün:

Avstraliya Çin və Filippin ilə əlaqələrini genişləndirir


Avstraliyanın Baş nazirinin müavini Riçard Marles bazar günü Şanqri-La Dialoq təhlükəsizlik sammitində ölkəsinin Çinlə hərbi danışıqlar aparmaqda maraqlı olduğunu və Filippinlə yaxınlaşmaqdan çəkinmədiyini bildirib.

Çin və Filippin mübahisəli Cənubi Çin dənizində qarşıdurma içindədir və Pekin Manilanın özünün müstəsna iqtisadi zonası daxilində olduğunu dediyi sulardakı sellərə dair iddialarını irəli sürdüyü üçün aradakı vəziyyət daha da gərginləşib.

Avstraliya bölgədəki təsir gücünün artırıb və avqust ayında Palavan adasında Filippinlə birgə keçirdiyi təlim keçən il Avstraliyanın sərhədlərindən xaric keçirdiyi ilk ən böyük təlimi idi.

Avstraliya həmçinin bildirib ki, Çin ordusu ilə son görüşləri təhlükəsiz və peşəkarlıq baxımından yüksək qiymətləndirilə bilməz və Marles şənbə günü konfransdan sonra Çinin müdafiə rəisi Dong Jun ilə məsələni müzakirə etdiyini bildirib.

Mənbə: Reuters

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et