
İsrailin Rusiyadakı səfirinin müavini Yuliya Raçinski-Spivakov bildirib ki, İsrail girovların azad edilməsi üçün Həmas ilə danışıqları davam etdirmək əzmində olduğunu təsdiqləyib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) Rəfahdakı qaçqın düşərgəsinə son hücumunun İsrailə təsir edib-etmədiyi ilə bağlı suala o, belə cavab verib: “Danışıqlar davam edir və İsrail hökuməti girovların tezliklə azad edilməsi üçün bütün səyləri göstərir”.
Fələstinin HƏMAS radikal hərəkatının nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi bildirib ki, yəhudi dövlətinin hərbi hava qüvvələri bazar ertəsi gecə Fələstinli qaçqınlar üçün yaradılmış çadır düşərgəsini vurub, nəticədə 20-si qadın, qoca və uşaq olmaqla azı 45 nəfər həlak olub.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
