
Prezident seçkilərinə hazırlaşan Donald Tramp, komandasını Elon Musk'la gücləndirməyi planlaşdırır.
Bir çox mövzuda fikirləri üst-üstə düşən iki məşhur sima yaxın günlərdə iş birliyi edə bilər. Trump onun barəsində, məsləhətçi alternativine müsbət yanaşır.
E.Musk Baydenin mənsub olduğu "Demokratlar" partiyasına 'X' platforması üzərindən tənqidlər sərf edib.
Trampın namizədliyinə dəstəyini rəsmi olaraq açıqlamayan Tesla və Space X'in baş direktoru, respublikaçı siyasətçi ilə mart ayında xeyriyyə tədbirində görüşüb. Burada köçkünlər, elektrikli nəqliyyatlar və ABŞ hərbi hava qüvvələri barədə fikir mübadiləsi aparan cüt, aralarında olan münasibəti daha da genişləndirib.
Qeyd edək ki, Forbes jurnalının statistikasına əsasən Elon Musk 209 milyard dollarla milyarderlər arasında 1-ci yerdə qərarlaşıb.
Mənbə: ensonhaber.com
Tərcümə etdi: Məcid Əmirov
