Bu gün:

Rusiya qüvvələri Ukraynanın iki kəndini ələ keçirib


Rusiya qüvvələri Ukraynanın iki kəndini ələ keçirib, bazar ertəsi Müdafiə Nazirliyi bildirib. Ələ keçirilən ərazilər Xarkov vilayətindəki İvanivka və Donetskdəki Netailove kəndləridir.

Ukrayna ordusunun Baş Qərargahı bazar günü axşam yaydığı hesabatda bildirib ki, onun qüvvələri Kupyansk şəhərinin şərqindəki İvanivka yaxınlığında hücumu dəf ediblər.

Baş Qərargah bazar ertəsi axşam yaydığı hesabatda Ukrayna qüvvələrinin Kupyansk sektorunda Rusiyanın irəliləyişini dəf etdiyini bildirib.

Rusiya qüvvələri Kupyansk sektorunun ərazilərindən birində "qismən uğur"-un olduğunu, Ukrayna qüvvələri isə "vəziyyəti sabitləşdirmək və düşmənin irəliləməsinin qarşısını almaq üçün tədbirlər görür".

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et