Bu gün:

İsrailin hava hücumu Rafahda 45 nəfərin ölümünə səbəb oldu


İsrailin hava hücumu nəticəsində Qəzzanın Rəfah şəhərindəki çadır düşərgəsində 45 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib, rəsmilərin bazar ertəsi verdiyi bəyanat Dünya liderlərin etirazına səbəb olub. İsrailə hücumu dayandırmaq əmri verilib.

Bazar günü gecə saatlarında baş verən etiraz aksiyalarından sonra fələstinli ailələr ölülərini dəfn etmək üçün xəstəxanalara axışıblar.

Qəzzada HƏMAS-ı məhv etməyə çalışan İsrail ordusu Rəfəhdə silahlı qruplaşmanın komandirlərinə endirdiyi zərbənin yanğına səbəb olması ilə bağlı xəbərləri araşdırdığını bildirib.

Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbə mülki əhali arasında itkilərə səbəb olmaq məqsədi daşımayıb.

"Rəfəhdə biz artıq 1 milyona yaxın mülki vətəndaşı təxliyə etdik və bütün səylərimizə baxmayaraq, təəssüf ki, faciə baş verdi". Netanyahunun çıxışı müxalif deputatların qışqırığı ilə kəsilib. 

Sağ qalanlar bildiriblər ki, İsrail qüvvələri iki həftə əvvəl Rəfahın şərqində qurudan hücuma başladıqdan sonra minlərlə insanın sığındığı Tel Əl-Sultan məhəlləsinə zərbə endirilən vaxtda ailələr yatmağa hazırlaşırmış. 

Fələstinli ana Umm Mohamed Al-Attar: "Biz dua edirdik... və uşaqlarımızın çarpayılarını hazırlayırdıq. Hər şey öz axarında idi, sonra çox gurultulu səs eşitdik və ətrafımızda yanğın baş verdi".– dedi.

Fransa prezidenti Emmanuel Makron İsrailin son hücumlarına görə "qəzəbləndiyini" bildirib: "Bu əməliyyatlar dayandırılmalıdır. Fələstinli mülki şəxslər üçün Rafahda təhlükəsiz ərazilər yoxdur".

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et