Bu gün:

Çin Ukraynada sülh nizamlanmasını dəstəkləyir – səfirlik


Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Çin Ukraynadakı münaqişəni pisləyir və ardıcıl sülh və siyasi həlli dəstəkləyir.

"Çin nə Ukrayna münaqişəsini yaradan, nə də onun tərəfdarı deyil. Ukrayna ilə bağlı Çinin mövqeyi ədalətli və obyektiv olaraq qalır. Biz sülh və siyasi həll naminə danışıqları təşviq etmək üçün fəal işləmişik".


"Biz heç vaxt münaqişələri alovlandırmırıq və ya eqoist mənfəət güdmürük. Şübhəsiz ki, günah keçisi olmağı qəbul etməyəcəyik. Söhbət Avropaya gəldikdə, Çin Avropa qitəsində sülh və sabitliyin tezliklə bərpa olunmasını səbirsizliklə gözləyir və konstruktiv rol oynamağa davam edəcək".

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et