Bu gün:

İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb


Əl-Cəzirə xəbər verir ki, İsrailin Nuseyrat qaçqın düşərgəsinin şimalında təşkil etdiyi hücumda 4 nəfər həlak olub.

Telekanalın məlumatına görə, atışma nəticəsində yaşayış binasının sakinləri ölüb, bir neçə nəfər isə yaralanıb.


2023-cü il oktyabrın 7-də Qəzzada yerləşən Fələstin radikal qruplaşması HƏMAS-ın yaraqlıları Qəzza zolağından İsrail ərazisinə qəfil müdaxilə etdikdən sonra Yaxın Şərqdə gərginlik yenidən alovlandı. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. Buna cavab olaraq İsrail müharibəyə hazır vəziyyət elan etdi; 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan etdi; anklav və Livan və Suriyanın müəyyən hissələrinə hava zərbələri endirməyə başladı, ardınca anklavda quru əməliyyatı başladı. İordan çayının qərb sahilində də qarşıdurmalar davam edir.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et