"Bakı və İrəvan sülh müqaviləsi imzalasa, bu, bütün Cənubi Qafqaz üçün çox xeyirli olacaq"– Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) iclasında bildirib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan tərəfindən mayın 11-də Almatıda əldə olunmuş danışıqların davam etdirilməsi ilə bağlı razılaşmaları alqışlayıb. O qeyd edib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirəcək.
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması təkcə iki ölkədə deyil, həm də bütün regionda müsbət nəticələrə gətirib çıxaracaq", - TRT Haber onun sözlərini sitat gətirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da mayın 20-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı zamanı İrəvanla Bakı arasında sülh prosesinə müsbət qiymət vermişdi.
Ankara dəfələrlə bəyan edib ki, 2022-ci ildən müzakirə olunan Bakı-İrəvan sülh müqaviləsi Qafqazın təhlükəsizliyini təmin edəcək.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
