Bu gün:

BMT ərzaq Rəfaha ərzaq tədarükünü dayandırıb


Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağının cənub sərhəddində yerləşən Rəfahda ərzaq tədarükünü təhlükəsizliyə görə dayandırılıb.

BMT-nin sözçüsü Stefan Düjjarden çərşənbə axşamı bildirib ki, Ümumdünya Ərzaq Proqramı üçün Fələstinli Qaçqınlar Agentliyi olan UNRWA-nın paylama mərkəzləri Rəfahda davam edən hərbi əməliyyatlar səbəbindən əlçatmazdır.


BMT-nin məlumatına görə, təxminən 1,1 milyon insan yüksək səviyyədə aclıqla üzləşib. BMT bildirib ki, vaxtilə yardım üçün əsas giriş olan Misirə gedən Rəfah keçidi mayın 6-dan bağlanıb və iki gün ərzində heç bir yardım maşını ABŞ-ın inşa etdiyi üzən estakadadan keçməyib.


ÜƏP sözçüsü bildirib ki, “Qəzzada humanitar əməliyyatlar iflasa uğrayır”. Abeer Etefa xəbərdarlıq edib ki, ərzaq və digər ləvazimatlar Qəzzaya yenidən kütləvi şəkildə daxil olmazsa, aclıq şəraiti yaranacaq. 


Bundan əlavə, UNRWA sağlamlıq mərkəzlərinin 10 gün ərzində tibbi ləvazimat almadığını, lakin səhiyyə işçilərinin hələ də açıq qalan mərkəzlərində tibbi məsləhətləşmələr apardığını söylədi.


Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, əvvəllər X platformasında yazdığı bir yazıda Qəzzanın şimalındakı Əl-Avda Xəstəxanasının 19 Maydan bəri mühasirədə olduğunu, heç kimin çıxmasına və girməsinə icazə verilmədiyini söyləyib. 


Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus 22 xəstə, onların yaxınları və 148 xəstəxana işçisinin yardıma möhtac vəziyyətdə olduğunu söyləyir. 


Əl-Avdanın tibb işçiləri bazar ertəsi binaya snayper hücumu olduğunu bildiriblər. Artilleriya raketi administrasiya ofisinin beşinci mərtəbəsinə düşüb, lakin xəsarət alan olmayıb.


Vaşinqton administrasiyasının yüksək rütbəli rəsmisi çərşənbə axşamı jurnalistlərə brifinqdə bildirib ki, yardımın Kiprdə yoxlanıldığı və orada əlavə yoxlama aparılmadan birbaşa İsrailin Aşdod limanına çatdırıldığı humanitar dəniz dəhlizi də daxil olmaqla Qəzzaya yardımın gəlməsi üçün bir çox keçid məntəqələri var.

Mənbə: voanews.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et