Bu gün:

Qəzza Baş Naziri Rəfah əməliyyayının danışıqları dalana dirədiyini söyləyib


Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani çərşənbə axşamı bildirib ki, Qəzzada atəşkəslə bağlı danışıqlar İsrailin cənub sərhəddindəki Rəfah şəhərində həyata keçirdiyi əməliyyatlar səbəbindən dalana dirənib.

İsrailin Rəfahda bu ay başlayan əməliyyatları, Misirlə sərhəddən yardım üçün əsas keçid məntəqəsini bağladı, humanitar qruplar bu addımın onsuz da ağır vəziyyəti daha da pisləşdirdiyini söyləyir.

"Xüsusilə də son bir neçə həftə ərzində biz müəyyən sürətlənmənin şahidi olduq, lakin təəssüf ki, işlər düzgün istiqamətdə getmədi və hazırda biz demək olar ki, dalana dirənmiş vəziyyətdəyik. Təbii ki, Rəfahla baş verənlər bizi geri çəkilməyə məcbur etdi. "Şeyx Məhəmməd Dohada keçirilən iqtisadi forumda deyib.

HƏMAS-ın idarə etdiyi anklavın səhiyyə rəsmiləri bildiriblər ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində 35 mindən çox fələstinli həlak olub. Müharibə Oktyabrın 7-də Həmas silahlılarının İsrailə hücumu nəticəsində 1200 nəfərin ölümü və 252 nəfərin qaçırılması ilə başlayıb, onlardan 133 nəfərinin Qəzzada əsirlikdə qaldığı iddia edilir.

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et