Gürcüstan parlamenti çərşənbə axşamı "xarici agentlər" haqqında qanun layihəsinin üçüncü və sonuncu oxunuşunu qəbul edərək, qanuna çevrilmə yolunda böyük maneəni aradan qaldırdı.

Layihə indi prezident Salome Zurabichviliyə göndərilib, o, qanuna veto qoyacağını deyib, lakin onun qərarı hakim partiya və onun müttəfiqləri tərəfindən idarə olunan parlamentdə başqa bir səsvermə ilə ləğv edilə bilər.
Gürcüstan televiziyası hökumət tənqidçiləri və Qərb ölkələrinin avtoritar və Rusiyadan ilhamlanaraq tənqid etdiyi qanun layihəsinin müzakirəsi zamanı bir-birini itələyən hakim partiya ilə müxalifət deputatları arasındakı qalmaqalları yayımlayıb.
Cənubi Qafqaz ölkəsinin Avropaya inteqrasiya yolunda qalıb-qalmaması və ya Rusiyaya tərəf dönməsinin sınağı kimi qiymətləndirilən qanun layihəsinin əleyhdarları növbəti etiraz aksiyaları təşkil etməyi planlaşdırır.
Qanun layihəsi parlamentin 150 üzvündən 84 lehinə səs alaraq qəbul edilib.
Yeni qanuna əsasən maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan təşkilatların xarici təsir agentləri kimi qeydiyyatdan keçməsi, aşkarlama ilə bağlı ağır tələblər və pozuntulara görə cəza cəriməsinib tətbiqini təmin edəcək.
Mənbə: Reuters.com
Tərcümə etdi: Bənövşə Bağırova
