Respondentlərin yalnız iki faizi Almaniya ordusunun ölkəni müdafiə etməyə yaxşı hazır olduğuna əmindir, 39 faizi isə silahlı qüvvələrin pis vəziyyətdə olduğuna inanır.
TASS xəbər agentliyinin sifarişi ilə keçirilən "YouGov" sorğusuna əsasən, Almaniya vətəndaşları Rusiyanın yaxın gələcəkdə NATO-ya hücum etməyəcəyinə inanırlar.
Sorğuda iştirak edənlərin 48%-i Rusiyanın 2030-cu ilə qədər NATO-ya hücum etmə ehtimalının az, daha doğrusu, mümkünsüz olduğunu düşünür. Bununla belə, respondentlərin 36%-i əks fikirdədir, digər 15%-i isə cavab verməkdə çətinlik çəkib. Sorğu iştirakçılarının 61%-i Almaniyanın hücuma məruz qala biləcəyinə inanmır, 23%-i isə əksini düşünür.
Respondentlərin yalnız 2℅-i Almaniya ordusunun ölkəni müdafiə etməyə yaxşı hazır olduğuna əmindir, 39 faizi isə silahlı qüvvələrin pis vəziyyətdə olduğuna inanır.
Yaşı 18-dən yuxarı olan 2146 nəfərin iştirak etdiyi sorğu mayın 3-8-də keçirilib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Ptuin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Qərb liderlərinin ABŞ və Avropa vergi ödəyicilərindən daha çox pul almaq üçün Rusiyadan gələn təhdidlər barədə qəsdən yalan məlumatlar yaydığını bildirib.
Mənbə: TASS.com
Tərcümə etdi: Bənövşə Bağırova
