Seçki məntəqələri yerli vaxtla səhər saat 9:00-da (GMT 7:00) açılıb və axşam saat 20:00-da (GMT 18:00) bağlanacaq. Regional parlamentdə 135 yerin ələ keçiriləcəyi seçkilərdə 5,5 milyondan çox insanın iştirak hüququ var.

Səsvermənin əvvəlcə 2025-ci ildə keçirilməsi planlaşdırılırdı, lakin Kataloniyanın regional prezidenti Pere Araqones parlament üzvlərinin hökumətin təqdim etdiyi büdcə layihəsini təsdiqləməkdən imtina etməsindən sonra növbədənkənar seçki elan edib. Bunun səbəblərindən biri də 2021-ci il seçkilərində heç bir siyasi qüvvənin parlamentdə çoxluq əldə edə bilməməsi idi.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
