Bu gün:

Bayden: Qəzzada atəşkəs girovlar azad edildikdən sonra olacaq


ABŞ prezidenti Co Bayden Vaşinqton ştatında yenidən seçkiqabağı kampaniyası üçün keçirilən ianə toplama tədbirində bildirib ki, Həmas hərəkatı saxladığı girovları azad etdikdən sonra Qəzza zolağında atəşkəs başlayacaq.

Ağ Evin mətbuat mərkəzinin məlumatına görə, Bayden “Həmas girovları azad etsə, sabah atəşkəs olacaq”,- deyib.

"Düşünürəm ki, mən İsraillə bağlı bu məsələlərə qarışmamalıyam",- prezident dedi. ABŞ-ın daxili məsələlərinə toxunan Bayden, "Davam etmək istəmirəm",-dedi.

Müvəqqəti humanitar atəşkəs 2023-cü ilin noyabr ayının sonlarında bir həftə müddətinə həyata keçirilib. Dekabrın 1-də dağıdılıb və Qəzzada döyüşlər bu günə qədər davam edir.


Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş