Bu gün:

Həddindən artıq tərləmənin səbəbləri və müalicəsi



Həddindən artıq tərləmənin səbəbləri nədir?

Həddindən artıq tərləmənin səbəbi onun növünə görə dəyişir.

İkincili Hiperhidrozun (həddindən artıq tərləmə) səbəbi əsas xəstəliyə görə dəyişir. Diabet, qalxanabənzər vəzi, piylənmə, menopoz, tənəffüs və ürək çatışmazlığı kimi müxtəlif xəstəliklər həddindən artıq tərləməyə səbəb ola bilər.

Birincili regional hiperhidrozun (həddindən artıq tərləmə) səbəbi dəqiq bilinməsə də, xəstələrin 60-80%-nin ailə tarixi var. Əsas qohumlarında bu xəstəlik olan insanlarda daha çox rast gəlinir.

Həddindən artıq tərləmənin (hiperhidroz) müalicəsi necədir?

İkinci dərəcəli həddindən artıq tərləmənin müalicəsində şəkərli diabet və qalxanabənzər vəz kimi tərləməyə səbəb olan əsas xəstəlik müalicə olunur.

Xəstələr birincil regional hiperhidrozun müalicəsində bir çox üsulları sınayırlar. Bütün müalicə üsullarının üstünlükləri və mənfi cəhətləri var.

Həddindən artıq tərləmənin krem və dezodorant müalicəsi: Əvvəlcə xəstələr ən sadə müalicəni krem və dezodorant tətbiq edirlər. Kremlər və dezodorant spreylər tər məsamələrini bağlayaraq tərləməni müvəqqəti dayandırır. Bu cür tədbirlər yalnız yüngül həddindən artıq tərləmə olan xəstələrdə bir neçə saat kimi çox qısamüddətli həllər verir. Orta və ağır hiperhidrozlu xəstələrdə bu cür tədbirlər faydalı deyil.

Həddindən artıq tərləmə botoks müalicəsi: Estetik sahədə istifadə edilən botoks toksini tərləmə bölgəsinə yeridilməsi ilə həddindən artıq tərləmə dayandırılır. Tərləməyə səbəb olan reseptorları bloklayaraq tərləmənin qarşısı alınır. Təsiri əl nahiyəsində maksimum 3 ay, qoltuqaltı nahiyədə isə 6 ay davam edə bilər. Bu ambulator şəraitdə edilə bilər. Anesteziyadan istifadə etməyə ehtiyac yoxdur. Botoks proseduru zamanı ağrı ola bilər. Həddindən artıq tərləməsi olan xəstələr bu əməliyyatı həyatları boyu müəyyən aralıqlarla etdirməlidirlər. Bu, ən vacib çatışmazlıqdır. Bir çox pasiyentlər davamlı olaraq botoksdan bezdikləri üçün qalıcı həll yollarına müraciət edirlər.

Həddindən artıq tərləmə əməliyyatı: Həddindən artıq tərləmənin (hiperhidroz) müalicəsində qəti və qalıcı bir üsuldur.

Mənbə: Memorial Sağlık Grubu

Tərcümə etdi: Aminə Paşazadə 

Paylaş
Şərh əlavə et