Bu gün:

Niyə ağcaqanadlar qulaqlarımızın dibində vızıldayır?


Yay aylarında evləri zəbt edən ağcaqanadlar bir çox insan üçün qorxulu yuxudur. Çünki bu balaca həşəratlar bəzi gecələr vızıltı səsləri ilə sakinləri yuxusuzlaşdıra bilir.

Bəs niyə ağcaqanadlar xüsusi olaraq insanların qulaqlarının ətrafında sürünür? Həm də bu zəhlətökən vızıltı necə yarada bilir?

Arizona Universitetinin entomologiya professoru Michael Riehle, "Qulaqda uğultu, əsasən, ağcaqanadların qanadlarını çırpmasının yan təsiridir" deyir.

"Bu səsin uzaq diapazonu yoxdur. Ona görə də siz onu ən çox milçəklər qulaqlarınızın ətrafında uçarkən hiss edirsiniz", - professor əlavə edir. 

Bundan əlavə, ev sakinlərini narahat edən vızıltı səsləri ümumiyyətlə dişi ağcaqanadlardan gəlir. Səbəb kişi və qadının çox fərqli həyat sürməsidir. Kişilər çox vaxt çiçək nektarını qurtumlayırlar və ətrafda gəzən insanlara daha az əhəmiyyət verə bilərlər. Bununla belə, dişilər yumurta qoymaq  üçün kifayət qədər enerji toplamalıdırlar və buna görə də cütləşmədən sonra əmmək üçün qan tapmalıdırlar.


Mənbə: indyturk.com

Tərcümə etdi: Səmayə Qədrova

Paylaş
Şərh əlavə et