Bu gün:

Niyə ağcaqanadlar qulaqlarımızın dibində vızıldayır?


Yay aylarında evləri zəbt edən ağcaqanadlar bir çox insan üçün qorxulu yuxudur. Çünki bu balaca həşəratlar bəzi gecələr vızıltı səsləri ilə insanların yuxusuna asanlıqla haram qata bilər. 


Bəs niyə ağcaqanadlar xüsusi olaraq insanların qulaqlarının ətrafında hərəkət edir? Həm də bu zəhlətökən vızıltı səsini necə yarada bilirlər?

Arizona Universitetinin entomologiya professoru Michael Riehle, "Qulaqda səslənən uğultu, əsasən, ağcaqanadların qanadlarını çırpmasının yan təsiridir" deyir.

"Bu səsin uzaq diapazonu yoxdur. Ona görə də siz onu ən çox həşəratlar qulaqlarınızın ətrafında uçarkən hiss edirsiniz", - professor əlavə edir. 

Bundan əlavə, ev sakinlərini narahat edən vızıltı səsləri ümumiyyətlə dişi ağcaqanadlardan gəlir. Səbəb erkək və dişinin çox fərqli həyat sürməsidir. 


Erkəklər çox vaxt çiçək nektarını qurtumlayır və ətrafda gəzən insanlara daha az əhəmiyyət verirlər. Bununla belə, dişilər yumurta qoymaq üçün kifayət qədər enerji toplamalıdırlar və buna görə də cütləşmədən sonra qan sormağa meyillidirlər.


Mənbə: indyturk.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et