Bu gün:

"Landşaft problemlərimiz öz həllini tapacaqdır"


24media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki müsahibi Ekoloq Rövşən Abbasovdur. O, "Yaşıl Dünya" naminə Azərbaycanda görüləcək işlər haqda danışıb.

- 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" kimi qeydə alındı. 2024-cü ilin belə adlandırılması ilə ekologiya sahəsində hansı yeniliklər, layihələr gözlənilir?

Ümumiyyətlə biz "Yaşıl Dünya" dedikdə istixana qazlarının olmadığı, atmosferə atılmadığı, karbonsuz bir dünya nəzərdə tuturuq. 

Ölkəmizdə "Yaşıl Dünya" naminə hazırda hansı addımlar atılır?

Azərbaycan qlobal biomüxtəlifliklər hədəfləri çərçivəsində qarşıya qoyulan 23 milli hədəfin hər birinin həyata keçirilməsi üçün kifayət qədər müsbət işlər görür. Milli parkların sahəsi genişləndirilir, şəhər ətrafında yaşıllaşdırma işləri aparılır. 

Bu il "COP-29"-un Azərbaycanda keçirilməsi bu istiqamətdə atılacaq ən böyük addımlardan biridir. 

Bütün dünya ölkələri istixana qazlarının atmosferə atılması problemini müzakirə edəcək. Yaşıl İqlim Fondunun maliyyələşdirilməsi, yaşıl investisiyaların olduqca artırılması məsələləri gündəmə gələcək. Paris razılaşmalarının necə həyata keçiriləcəyi təftiş olunacaq və bütün bu istiqamətlərdə olan məsələlər konkret sonluqla nəticələnəcək.

İnanıram ki, təqribən 15-20 il ərzində çay ekosistemlərimiz, Xəzər dənizi və digər landşaft problemlərimiz öz həllini tapacaqdır.

Aydan İbrahimli

Paylaş
Şərh əlavə et