Bu gün:

Evdə işləyərək pul qazanmağın yolları


Bəzən evdə qalmalı olduğumuz, bəzən də onlayn işləmək daha asan və rahat olduğu üçün evdən işləmək istəyirik. Bu səbəbdən biz evdən işləyərək pul qazanmağın yollarını axtarırıq. Gəlin evdə işləyərək pul qazanmağın yollarını öyrənək.


İndiki şəraitdə evdən işləyərək pul qazanmaq həm asan, həm də populyardır. Onlayn platformalar vasitəsilə əlavə gəlir əldə etmək olar. Bəs biz evdən işləyərək necə pul qazana bilərik? Gəlin nəzər salaq:


1. Onlayn Satış


Hazır geyim, yemək və içkilər, kitablar, əl işi trikotajlar və qapı bəzəkləri də daxil olmaqla əl istehsalı məhsullarınızı onlayn platformalarda satmaq həm satış xərclərini azaltmaq, həm də geniş istehlakçı kütləsinə çatmaq üçün unikal imkandır. Siz virtual mağaza açıb istədiyiniz məhsulları sataraq evdən işləyəb pul qazana bilərsiniz. Öz bacarıqlarınızla istehsal etdiyiniz məhsulları satışa çıxara bilər və ya ikinci əl saytlarda sataraq pul qazana bilərsiniz. Bundan əlavə, heç bir maddi qazanc əldə etməsəniz belə, özünüz istehsal etmədiyiniz məhsulları ucuz qiymətə alıb ehtiyacı olanlara çatdıra bilərsiniz (dropshipping).


2. Onlayn dərslərin verilməsi


Pandemiya və zəlzələ onlayn təhsilin vacibliyini ortaya qoydu. Uğur qazandığınız mövzu və ya kurs üzrə video vasitəsilə canlı platformalarda dərslər verərək də pul qazana bilərsiniz. Telefon və ya kompüter kamerası ilə öyrətmək çox asan və ucuz ola bilər. Udemy və Google Class kimi platformalar sizə öz təlimlərinizi hazırlamaq və təqdim etmək imkanı təklif edir. Xarici dil, kulinariya, riyaziyyat və sosial elmlər kursları üstünlük verilən onlayn kurslara nümunədir.


3. Müştəri xidmətləri nümayəndəsi


Evdən pul qazanmaq üçün uyğun olan başqa bir sahə müştəri xidmətləri təmsilçiliyidir. Ünsiyyət bacarıqlarınız, problem həll etmə bacarığınız, inandırma bacarığınız varsa, ahəngdar və səbirlisinizsə, müştəri xidməti nümayəndəsi kimi işləməyi düşünə bilərsiniz. Bu iş ümumiyyətlə müştərilərin zənglərinə cavab vermək, suallarını cavablandırmaq və ya şikayətlərinə həll yolu tapmağa çalışmaq kimi gündəlik işlərdən ibarətdir. Bunun üçün zəng mərkəzlərinin iş elanlarına baxa bilərsiniz.


4. Sosial media idarəetmə


Hal-hazırda, demək olar ki, hər bir şirkət, firma və təşkilatın öz şəxsiyyətini yaratmasına imkan verən bir və ya bir neçə sosial media hesabı var. Şirkətlər; Bu hesabları tanıtım, satış və ünsiyyət kimi sahələrdə istifadə edir. Siz bu hesabları idarə etmək arzusunda ola bilərsiniz. Brend idarəçiliyi, satış, məzmun istehsalı və planlaşdırma kimi mövzularda təcrübəyə malik olmanız müraciətinizə müsbət təsir göstərəcək.


Mənbə:kampusdenevar


Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et