Bu gün:

Üzük taxıldığı barmağa görə nəyi ifadə edir?


Ən çox istifadə edilən aksesuarlardan biri olan üzüklər müxtəlif növlərə bölünür. Üzüklər təkcə növləri arasında deyil, taxıldıqları barmaqlara görə də müəyyən mənalar ifadə edir. Barmağınıza taxdığınız üzükdən subay və ya evli olduğunuzu anlaya bilərsiniz. Bundan əlavə, taxdığınız və seçdiyiniz üzüklərlə üslubunuzu, zövqünüzü və mənəvi durumunuzu əks etdirə bilərsiniz. 

Ailə vəziyyətini nümayiş etdirərək qadınların diqqətini çəkən və dəbli görünən üzük modelləri fərqli forma və üslubda hazırlanıb. Kişilər isə toy və ya nişan üzüklərindən istifadə etməyə üstünlük verirlər. Bunun xaricində üzük modellərinin kişilərdən daha az diqqət çəkdiyini söyləmək olar. Ancaq kişilər üçün xüsusi olaraq istehsal edilən və dizayn edilən çox qəşəng kişi üzükləri də təbii ki istehsal olunur. Üzük taxmağı sevməyən kişilərin belə diqqətini çəkəcək bu üzüklər özlüyündə bəzi mənaları da ifadə edir. Sağ əlin və ya sol əlin barmaqlarına taxılmasına üstünlük verilən üzüklər, öz növlərində müəyyən barmaqlara taxılır. 

Nikah üzüyü hansı barmağa taxılmalıdır? 

Toy üzükləri ən gözəl və xüsusi zamanların əlaməti olaraq qadın və kişilərin barmaqlarında öz yerini tutur. Evlilik təklifləri üçün ümumiyyətlə solitaire üzük modellərinə üstünlük verilir. Fərqli üzük ilə evlilik təklifi təşkil etmək istəyənlər baget üzük növlərini seçə bilərlər. Üzüyün adından da göründüyü kimi sağ və sol əlin barmaqlarından birinə üzük barmağı deyilir. Bu barmaq əlin dördüncü barmağıdır. Əslində, üzük barmağı kimi adı qədim dövrlərə gedib çıxan bir hekayəyə malikdir. Qədim Misir və Romaya aid bir inanca görə, sol əlin dördüncü barmağından keçən damar ürəyə gedir. Bu səbəbdən dördüncü barmaqdan ürəyə çatan damar bu barmağın zamanla daimi sevgi simvolu olaraq üzük barmaq adlandırılmasına səbəb olmuşdur. Zamanla bu inanc qəbul olundu və ailə quran hər cütlük nikah üzüklərini sol əlin dördüncü barmağı olan üzük barmağına taxdılar. Bu gün də nikah üzüyü sol əlin dördüncü barmağına taxılmağa davam edir. Nikah üzüyünün tarixi olduqca qədimdir, Qədim Misirə gedib çıxır. Bu üzük iki halqanın birləşməsindən əmələ gəldiyi üçün evlilik yolunda birləşən iki cütlüyün simvolu oldu. Bundan əlavə, Qədim Misirdə olduğu kimi, toy üzüyü əbədiyyətin və əlbəttə ki, əbədi sevginin simvoludur. Bu səbəbdən kiçik barmağın yanında yerləşən və ürəyə gedən damarın keçdiyi üzük barmağına taxılır. Beləliklə, nikah üzüyü həm ürəyi, həm də evliliyi ifadə etdiyi üçün daimi sevginin simvoludur.

Mənbə: Sochic

Tərcümə etdi: Zahid Yaquboğlu

Paylaş
Şərh əlavə et