Bu gün:

Yasəmən gülü nəyi simvollaşdırır?


Latın adı “Jasminum” olan jasmin çiçəyinin vətəni, əslində, Himalay dağları olsa da, bu gün bütün dünyaya yayılmış və çox məşhur bir çiçəkdir. Yoğun və xoş qoxusuna görə kosmetikada da istifadə olunur.


Çox sevilən və qapalı çiçək kimi üstünlük verilən jasmin çiçəyinin baxımı da çox asandır. Yasəmən çiçəyinin adı bizdə olduğu kimi bir çox ölkələrdə də qadın adı kimi işlədilir. 


Yasemən çiçəyinin 200-ə yaxın növü olduğu məlumdur. Eynilə, jasmin çiçəyi ağdan çəhrayı və bənövşəyi rənglərə qədər geniş bir rəng diapazonuna malikdir. Yasemən çiçəyinin qoxusu çox rahatlaşdırıcı olduğu üçün narahatlıq və stressi azaltma xüsusiyyətinə malikdir. Yasəmən çiçəyi, ümumiyyətlə, gözəlliyi, zərifliyi və nəcibliyi simvollaşdırır. Bu çiçək tarix boyu bir çox sivilizasiyalarda bu məna ilə gündəmə gəlib. 


Yasemən çiçəyi nəyi simvollaşdırır və ifadə edir? 


Güllərin də insanlar kimi mənaları olduğu əsrlər boyu yazılıb, çəkilib. Çiçəklərin mənalarını izah edən əsərlər 1600-1700-cü illərdə yazılmışdır. Osmanlı İmperatorluğunda botanikaya və çiçəklərə böyük əhəmiyyət verilirdi. Osmanlı İmperiyasında bir dövr lalə çiçəyindən sonra “lalə dövrü” kimi tanınırdı. Təbii ki, jasmin çiçəyinin də bir mənası var. Yasəmən çiçəyi gözəlliyi, nəcibliyi, cazibədarlığı və zərifliyi simvollaşdırır. Yasəmən çiçəyinin mənası jasmin çiçəyinin rəngindən asılı olaraq dəyişir: qırmızı jasmin çiçəyi qırmızı qızılgül kimi sevgi və ehtirasın simvoludur. 


Sarı jasmin məhsuldarlığı və bolluğu simvollaşdırır. 


Ağ jasmin çiçəyi həm də xoşbəxtlik və bolluğu simvollaşdırır.


Mənbə:Hüriyyet


Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et