Bu gün:

22 Aprel – Ümumdünya Yer Kürəsi Günü


Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar. 

Ümumdünya Yer Kürəsi Gününün və ya Ağac Gününün tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-da senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi.

Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək höküməti ekoloji problemləri həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.

“Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır. 

22 aprel  “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. 

Yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən “Beynəlxalq Yer günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.

Mənbə: Britannica.com 

Tərcümə etdi:Aytac Musayeva 

Paylaş
Şərh əlavə et