Bu gün:

Lionel Messinin qeyri-adi hekayəsi


Argentinanın bu yaxınlarda Dünya Kubokunu qazanması ilə çempionata ən çox töhfə verən və kolleksiyasındakı çatışmayan parçanı tamamlayan Lionel Messi bir çoxlarının fikrincə, "tarixin ən yaxşı futbolçusu kimdir" mövzusunda müzakirələrə son qoyub. Çoxlarının fikrincə, Dünya Kubokunu qazanmasa belə, o artıq tarixin ən yaxşısı adlandırılmağa layiq idi. Çünki onu tarixin ən yaxşısı edən təkcə qazandığı saysız-hesabsız kuboklar, çempionatlar və ya nailiyyətlər deyil idi. Messini ən yaxşı edən onun cəsarəti, qətiyyəti və çətinliklərlə dolu hekayəsi idi. Budur bütün zamanların ən yaxşı futbolçusu Lionel Messi və onun qeyri-adi həyat hekayəsi...


Lionel Andres Messi Cuccittini 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olub.

Atası və anası fabrikdə fəhlə işləyirdilər. Lionel Messi Argentinanın bu kasıb liman şəhərində heç bir uşaqdan, ailəsi heç bir ailədən fərqlənmirdi. Ancaq bir neçə ildən sonra Messinin heç də sıradan uşaq olmadığı üzə çıxacaqdı...


O, bütün həyatını, hətta bütün futbol tarixini dəyişdirəcək ilk addımı cəmi 4 yaşında atdı.

Maraqlı futbol istedadı ilə doğulan Lionel Messi 8 yaşında Newell's Old Boys-da oynayıb.


Lakin o, nə qədər istedadlı olsa da, Messinin futbola olan həvəsi maddi vəziyyəti çox da yaxşı olmayan ailəsi üçün ciddi bir yük idi. Bu səbəbdən bəzi ailə üzvləri Messi üçün bəzi fədakarlıqlar etməli olublar.

Nənəsi Celia Messinin futbolu tərk etməməsi üçün əlindən gələni edib.



Onun 11 yaşı olanda gələcəkdə futbol tarixini dəyişdirəcək bir hadisə baş verdi. Messiyə "böyümə hormonu çatışmazlığı" diaqnozu qoyuldu.

Onun kasıb ailəsi Messinin ayda 1000 dollara başa gələn müalicə xərclərini ödəyə bilmədi.


Müalicəyə mümkün qədər tez başlamalı və böyük istedad sahibi olduğu dostlarına fiziki olaraq “ən azından yaxınlaşmalı” idi. Lakin ailəsinin maddi vəziyyəti Messinin müalicə xərclərini qarşılamağa uyğun deyildi. Messinin futbolçu karyerası böyümə hormonu çatışmazlığı səbəbindən bitmək üzrə idi.


Messi 13 yaşına çatanda bu möhtəşəm hekayənin yazılmalı olduğunu düşünən insanlar var idi. Dünyanın ən önəmli futbol klublarından biri olan "Barselona" Lionel Messi ilə müqavilə imzalamaq istəyirdi.


O, ilk dəfə 2004-2005 mövsümündə "Barselona"nın formasını geyinib. Bir il sonra o, komandası ilə İspaniya və Çempionlar Liqasının çempionu olub. Sonrakı illərdə o, komandasının ən vacib oyunçusuna çevrilib. Barselona və Messi birlikdə böyüyürdülər.


 O, 2008-2009-cu il mövsümündə 22 yaşında ikən ilin ən yaxşı futbolçusuna verilən Ballon d'Or mükafatını qazanıb.

Lionel Messi Barselonadakı illər ərzində komandası üçün saysız-hesabsız qollar və məhsuldar ötürmələr edib. O, komanda yoldaşları ilə birlikdə 10 İspaniya çempionluğu, 4 Çempionlar Liqası, 3 UEFA Superkuboku, 3 Klublararası Dünya Çempionatı, 7 İspaniya Kuboku, 8 İspaniya Super Kuboku qazanıb. Messinin hekayəsində çətin müalicələr, ailə həsrəti və hər cür çətinliklərlə dolu bölüm bitmişdi.


Lionel Messi həm də Argentina milli komandasının əvəzolunmaz oyunçusu idi. Hamı Messinin dünya çempionatı səhnəsində tarixin ən ikonik futbol simalarından biri olan Dieqo Armando Maradonadan miras qalan bayrağı dalğalandırmasını gözləyirdi.


Messinin ən böyük hədəfi onsuz da dünya kubokunu qazanmaq idi. Çünki o, bacardığı bütün kubokları qazandı və futbolçu karyerası boyunca yarışdığı bütün sahələrdə zirvəyə yüksəldi. 

Milli komanda həmişə Messinin hekayəsində “uğursuzluq hissəsinin” mərkəzində olub.


Argentinalı ulduz ölkəsinin heyətində ən çox oyun keçirən və ölkəsinin heyətində ən çox qol vuran futbolçu olub. Dünyanın ən önəmli futbolçularından birinə çevrildi, dünya çempionatının finalına çıxdı, lakin kuboku qazana bilmədi. Milyonlarla futbolsevər dünya çempionatı tarixində iz qoyan Maradonanın Messidən üstün olduğunu düşünürdü. İş o yerə çatıb ki, Lionel Messi 2016-cı ildə uduzmuş finallar və məyusluqlarla dolu olan milli karyerasını bitirdiyini açıqlamışdı. Xoşbəxtlikdən bu ayrılıq uzun sürmədi. Əfsanə kolleksiyasındakı çatışmayan parçanı tamamlamağa qərarlı idi. 2017-ci ildə bütün peşəkar futbolçu karyerasını keçirdiyi və öz evi hesab etdiyi “Barselona”dan ayrılaraq Paris Saint-Germain-ə yollandı.


Argentinalı ulduz 2022-ci ildə həmişə arzuladığı Dünya Kubokunu qazanmağı bacardı. 

Messinin çətinliklər və uğurlarla dolu qeyri-adi hekayəsi öyük ölçüdə tamamlanıb. Amma bu futbol sehrbazının “papaqdan dovşan çıxarmaq” adəti var. Kim bilir, bəlkə də bu möhtəşəm hekayə hələ də yazılır...


Mənbə: Bright Side


Tərcümə edən: Zahid Yaqublu



Paylaş
Şərh əlavə et