Bu gün:

Makyajın tarixi


Makiyajın tarixi eramızdan minlərlə il əvvələ gedib çıxır. Misir rəsmlərindəki fiqurların üzlərinin həmişə makiyajla boyanması diqqət çəkir. Qədim dövrlərdə kişilərin müharibələrə hazırlıq mərasimlərində və döyüşə gedərkən müxtəlif bitkilərdən əldə etdikləri boyalarla üzlərini boyadıqları məlumdur. Yenə bu çağlarda dini mərasimlərdə sehrbaz keşişlərin üz boyaları diqqət çəkir.


İllər keçdikcə makiyaj qadınların gözəlləşmək üçün istifadə etdiyi bir vasitəyə çevrilir. Yanaqların və dodaqların rənglənməsi daha sağlam üsullarla edilirdi. Boyalar təbii bitkilərdən hazırlanırdı. Üzü ağartmaq üçün pudralardan istifadə geniş yayılır, gözə sürmələr çəkilirdi. Məşhur Misir kraliçası Kleopatra gözəlliyi və makiyajı çox sevən qadınlardan idi. 



Makiyajın tarixi kosmetik vasitələr qədər qədimdir. Üç min il əvvəl misirlilər dodaqlarına dodaq boyası, qurğuşun və mis daşlardan istifadə edərək gözlərinə boyalar çəkirdilər. Şərqdən ipək daşıyan konvoylarla bu ənənələr Avropada, ilk olaraq, Yunan və Roma sivilizasiyalarına yayıldı. Birinci əsrdə Neron və Poppi dərilərini təbaşirlə ağardıb gözlərinə boya sürtüb və dodaqlarına da dodaq boyası çəkirdilər. Onların bütün Avropada, xüsusən də, şimal ölkələrində yayılması Səlib yürüşlərindən sonra başladı. Ətir Avropa küçələrindən gələn pis qoxuların dərmanı kimi istifadə olundu. XIII əsrdən zadəganlar saç boyası, tonal krem və ətirdən istifadə etməyə başladılar.


XVII əsrdən etibarən zadəganların istifadə etdiyi makiyaj bütün sosial siniflər arasında geniş yayıldı. Müasir makiyaj isə 1920-ci illərdə faktiki “kino”nun təsiri ilə populyarlıq qazandı. 

Makiyajın tarixi Assur sivilizasiyalarında da görünür. O zamanlar piqmentlərin necə tapılacağını, hazırlanacağını birtəhər kəşf etmiş, mağara divarlarını və gövdələrini rəngləmək üçün onları yağlı maddələrlə qarışdırmışdılar. Bu, kimyəvi qarışıqların başlanğıcı idi. O zaman bədənlərini rəngləməkdə məqsəd gözəl görünməkdənsə, təhlükədən qorunmaq idi. 

 Əvvəlki piqmentlərin təhlili göstərir ki, 17 müxtəlif rəngdən istifadə olunub. Ən çox istifadə edilən rənglər ağ, qırmızı, narıncı və yaşıl idi. Yəni fiqurların üzləri təbiətin rəngləri ilə boyanır. Bu dövrdə qadınlar gözlərinə qara sürmə çəkirdilər. Dodaq boyası kimi qırmızı oxradan istifadə edirdilər. Həmin vaxtda dırnaq boyası olmadığı üçün xınadan istifadə edirdilər.

Misirlilər mis, yaşıl filiz və tünd boz qurğuşun filizini döyüb əzdikdən sonra alınan tozdan göz makiyajı kimi istifadə edirdilər. 


Yazılarda qədim Misir padşahlarının da üz və gözlərinə makyaj vurduğu görünür. Yazılara görə, Misirdəki xüsusi mərasimlərdə padşahların və kahinlərin, xüsusi olaraq, mərasim qrimi etdikləri təxmin edilir.

Döyüşlər zamanı makyajdan kamuflyaj məqsədilə istifadə olunduğu da bir faktdır. Müharibəyə gedərkən kişilərin müxtəlif bitkilərdən əldə etdikləri boyalarla üzlərini boyadıqları təxmin edilir. Bu ənənə bu gün də tətbiq olunur.

Mənbə: Gazetebirlik 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et