Bu gün:

Xulio Kortazar kimdir?


Xulio Kortasar (26 avqust 1914, İxelles,Belçika; 12 fevral 1984, Paris, Fransa) Argentinanın ən böyük yazıçılarından biridir. Argentinada təhsil alıb. Onun "Presencia" adlı şeir kitabı 1938-ci ildə nəşr olunub. Universitetdə müəllim olarkən Peron rəhbərliyinə qarşı etiraz aksiyasında iştirak edib və sonradan universiteti tərk edib. Onun ilk qısa hekayə kitabı olan Bestiario 1951-ci ildə nəşr olundu. YUNESKO-da tərcüməçi işləmək üçün Parisdə məskunlaşıb və ən məşhur kitablarını bu şəhərdə yazıb. O, hekayələrinə fantastik elementlər daxil edirdi. O, real dünyanı qeyri-adi təcrübələrlə birləşdirir. Ədəbiyyatdan başqa, onun maraq dairəsinə mifologiya, antropologiya, psixologiya, boks, kino və fotoqrafiya daxildir. Edqar Allen Poun əsərlərini ispan dilinə tərcümə edib.1984-cü il fevralın 12-də Parisdə vəfat edib.

Kortazar bütün əsərlərinə hopmuş eksperimental ədəbiyyat axtarışını gündəlik həyat reallığı ilə məharətlə birləşdirərək dilin hüdudlarında dolanır, forma və povest isə daim yenilik axtarışında idi. Hopscotch bu axtarışın ən mühüm nümunələrindən biridir.

Mənbə: turkedebiyyati.org

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş