İnnovasiya nədir?
İnnovasiya ideyanın satıla bilən məhsul və ya xidmətə çevrilməsi prosesinə aid olan bir anlayışdır. Yenilik kimi ifadə olunur.
Sosial İnnovasiya nədir?
Sosial innovasiya cəmiyyətdə qarşılaşdığımız problemlərə yeni perspektivlər gətirən və daha təsirli, ədalətli, həmçinin davamlı həll yolları istehsal etməyi hədəfləyən bir üsuldur. Sosial innovasiyalar çərçivəsində istehsal olunan layihələr, araşdırmalar davamlı gələcək yaratmaq üçün imkan deyil, zərurət olaraq həyatımıza əks olunur.

Sosial innovasiyalar indi bir çox şirkət və təşkilatların diqqət mərkəzinə çevrilib, çünki onların birliyini artırmaq məqsədi daşıyan yeni məhsullar, xidmətlər, eyni zamanda modellər inkişaf etdirməkdir. Bütün bu inkişaflar təkcə sosial innovasiyaları təşviq etmir, həm də universitet, dövlət, sənaye, cəmiyyət və ətraf mühit kontekstində həll yollarına gətirib çıxarır.
Sosial innovasiya milli və beynəlxalq strategiyalarda getdikcə əhəmiyyət kəsb edir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyində müəyyən edilmiş “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində yoxsulluğun azaldılması, rifahın yüksəldilməsi, ətraf mühitə dəyən zərərin qarşısının alınması və sosial dəyərlərin qorunması kimi məsələlər diqqət mərkəzindədir. Bu qlobal səylər gender bərabərliyi, sosial və ya fiziki maneələrə görə bərabər imkanlardan istifadə etməkdə çətinlik çəkən fərdlərin dəstəklənməsi, həmçinin iqtisadi artım, texnoloji inkişaf kimi sosial məsələləri əhatə edir, eyni zamanda hər kəsi inkişaf prosesinə daxil etməyi hədəfləyir.
Mənbə: bilimgenc.tubitak.gov.tr
Tərcümə: Günay Ələsgərova
