
Pişiklərin davranışı onların emosional vəziyyətlərini və niyyətlərini başa düşmək üçün mühüm ipucu verir. Quyruq hərəkətləri pişiklər üçün emosional vəziyyətlərini ifadə etmək üçün xüsusilə vacibdir. Pişiklərin quyruq hərəkətlərinin mənası və bu davranışları necə başa düşə biləcəyiniz haqqında bəzi məlumatlar:
Quyruğu yüksək tutmaq:
Quyruğunu yüksək tutan pişik, adətən, aqressiya və ya özünə inam ifadəsidir. Pişik özünü təhlükəsiz hiss edə və ətrafdakı digər pişiklərə və ya təhlükələrə meydan oxuya biləcəyini düşünə bilər.
Quyruğu yelləmək:
Quyruğunu yelləyən pişik, adətən, həyəcanlandıqda və ya diqqətini çəkəndə görünür. Məsələn, əgər pişik oyuncaqla oynayırsa və ya ovunu izləyirsə, həyəcanla quyruğunu bulaya bilər.
Quyruğun yavaş bulanması:
Pişiyin quyruğunun yavaş-yavaş yellənməsi onun rahat olduğunu və ya razı qaldığını bildirir. Pişik sakitləşir və ətrafdakılardan həzz alır.
Mənbə: mihav.com
Tərcümə etdi: Nəzri Süleymanova
