Bu gün:

Pişikləri ən çox sevən ölkələr


Yaponiya

Yaponların pişikləri çox sevdikləri heç kimə sirr deyil. “Uğurlu pişik”dən tutmuş "Hello Kitty" əyləncə parkına qədər... Yaponiya mütləq pişik həvəskarlarının ziyarət edəcəyi yerdir.


 Misir

Qədim misirlilər sözün əsl mənasında Bastet və ya Best adlı tanrı pişiyinə sitayiş edirdilər. Bu gün bütün Misirdə pişikləri, pişik heykəllərini görə bilərsiniz.


İrlandiya

İrlandiya qara pişiklərin yaxşı əlamət olduğu bir neçə yerdən biridir. Belfest qəsrində hətta belə bir əfsanə var - qəsri qoruyan ağ pişik var və o, orada olduğu müddətcə qala təhlükəsiz olacaq. Burada ziyarətçilərin qala bağının ətrafında gizlənmiş pişik temalı bəzəkləri axtara biləcəyi "Pişik bağı" da var.


Mikonos adası, Yunanıstan

Yunanıstandakı bu ada pişikləri ilə məşhurdur. Əsas Chora şəhərindəki hər küçənin öz talismanı var. Hər küncdən bir pişik şəkli asılır və adadan qayıdanda qəhvənizi yudumlayarkən baxa biləcəyiniz adanın maskotlarının fotoşəkilləri ilə dolu kitabı evə apara bilərsiniz.


London, İngiltərə

Yaponiya və Koreyadakı uğurun arxasında indi Böyük Britaniyada "Lady Dinah's Cat Emporium" adlı ilk "pişik kafesi" var. İçəridə, varlığı ilə sizi əzizləyən 11 pişik ilə gözəl ingilis çayından həzz ala bilərsiniz.


Mənbə: mihav.com

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et