Bu gün:

Saçların yağlanmasının səbəbi nədir?


Yağlı saçlar vacib dəri problemlərindən biridir

 

Yağlı saçların bir çox səbəbləri var. Saçların hər gün yuyulması, yanlış saç baxım vasitələrinin istifadəsi, hormonal dəyişikliklər kimi bir çox faktorlar səbəbiylə yağ miqdarı artır və baş dərisi yağlanır.


Saçlar niyə yağlanır? 


Baş dərisində yağ bezləri adlanan yağ bezləri var. Bu bezlərin istehsal etdiyi yağ, yəni sebum saçın təbii nəmlənməsini təmin edir. O həmçinin baş dərisini və kökləri qorumaq üçün sebum ifraz edir. Ancaq sebum istehsalı həddindən artıq olduqda, yəni normal olması lazım olduğundan daha aktiv işlədikdə və ya sebum balansı pozulduqda, saç daha çox yağ istehsal edir.


Yağlı saçların əsas səbəbləri bunlardır:


➢ Yetkinlik və hamiləlik dövründə bəzi hormonal dəyişikliklər baş verir. Bu hormonal dəyişikliklər saçların yağlanmasına səbəb olur.

➢ Bəzi yağlı qidalar və turşulu içkilər saçların yağlanmasına səbəb olur, ona görə də insan çox yağlı qidalardan uzaq durmalı və sağlam qidalardan istifadə etməlidir.

➢ Yanlış qulluq məhsulları və yüksək istilik tərkibli saç düzümlərindən istifadə saçların yağlanmasına səbəb olur. Bəzi saç baxım məhsulları və saç düzümləri baş dərisində yağ istehsalının tarazlığını pozur, nəticədə, saçlar yağlanır.

➢ Saçları yuduqdan sonra şampun və ya saç spreyindən istifadə saçların yağlanmasına səbəb olur. Şampun və ya saç spreyindən çox istifadə etmək saçda bəzi qalıqların yığılmasına səbəb olur. Bu kimi bəzi yanlış kimyəvi maddələrdən istifadə saçların yağlı və zəif görünməsinə səbəb olur.

➢ Gündəlik həyata mənfi təsir edən bəzi vəziyyətlər stressə səbəb olur. Stress orqanizmdə bəzi mənfi dəyişikliklərə səbəb olur. Bunlardan biri də baş dərisinin sebum istehsalını sürətləndirməsidir ki, bu da saçların yağlı görünməsinə səbəb olur.


Saçların yağlılığını aradan qaldırmaq üçün ən təsirli həllər hansılardır?


Aşağıda saç yağlılığını aradan qaldırmaq üçün evdə asanlıqla tətbiq edə biləcəyiniz təsirli həllər təqdim etdik. Beləliklə, baş dərinizin təravətləndiyini və yağlanmanın daha az baş verdiyini görəcəksiniz.


Alma sirkəsi:


Alma sirkəsinin tərkibindəki turşu sayəsində saçın pH balansını tarazlayır və beləliklə baş dərisindəki yağ miqdarını idarə edir. Bunun üçün bir stəkan suya iki xörək qaşığı alma sirkəsini töküb qarışdırın. Duşdan sonra saçları alma sirkəsi ilə masaj edin, baş dərisinə yaxşıca çəkin və bir neçə dəqiqədən sonra saçları yenidən yuyun.


Çörək soda:


Yağ udma xüsusiyyəti sayəsində çörək soda baş dərisindəki pH səviyyəsini tarazlaşdırır. Beləliklə, saçda həddindən artıq yağlanmanın qarşısını alır. Bunun üçün yarım çay stəkan su ilə bir xörək qaşığı soda qarışdırın və saça çəkin. Bir neçə dəqiqədən sonra saçlar isti su ilə yuyun.


Limon:


Limon saç yağını çıxarmaq üçün təsirli üsullardan biridir. Limon tərkibindəki minerallar və turşu xüsusiyyətləri sayəsində baş dərisinin pH səviyyəsini tarazlaşdırır. Beləliklə, baş dərisindəki yağ miqdarını tarazlamağa kömək edir. Bunun üçün bir stəkan suya bir limonun suyunu əlavə edin və üç çay qaşığı bal əlavə edin. (İstəsəniz balı buraxa bilərsiniz) Sonra bu qarışığı dairəvi hərəkətlərlə saç dərinizə masaj edin. Təxminən 5-10 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Bu üsulu həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.


Aloevera:


İstifadə etdiyiniz şampuna 3 xörək qaşığı aloe vera əlavə edin. Evdə aloe vera bitkisi yetişdirirsinizsə, onu əlavə edin, əks halda hazır aloe vera gel əlavə edin. Sonra şampunun içinə bir xörək qaşığı limon suyu əlavə edin və şampunu çalxalayın. Şampununuzu saç köklərinə masaj edərək çəkin və bir neçə dəqiqə oturmasına icazə verin. Sonra saçınızı isti su ilə yuyun. Bu prosesi həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.


Kakos yağı:


Kakos yağı bir çox digər yağlardan daha yüngüldür. Bunun üçün kokos yağından istifadə saçınızdakı yağdan qurtulmaq üçün əla bir yoldur. Duş qəbul etməzdən əvvəl ovcunuza bir az Kakos yağı götürün və ovuclarınızın arasında qızdırın. Sonra saç köklərinə və baş dərinizə yaxşıca çəkin. Təxminən 1-2 saat gözlədikdən sonra saçınızı yuyun. Bu üsulu həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Kokos yağı sayəsində saçlarınız daha yumşaq olacaq və yağdan xilas olacaqsınız.

 

MənbəWWW.Mavikadin.com


Tərcümə etdi: Zahid Yaqublu

Paylaş
Şərh əlavə et