Bu gün:

Qaşlarımızın önəmi nədir?


Qaşların tam olaraq funksiyası nədir?

Qaşlarımız tərin, suyun və xırda şeylərin gözümüzə düşməsinin qarşısını alır, lakin onların daha bir mühüm funksiyası var və bu funksiya qaşların hərəkəti və insan münasibətləri ilə bağlıdır.

Uzaq təkamül keçmişimizdə əcdadlarımız sağ qalmaq üçün birlikdə işləməli idilər və indi bunun izlərinin müasir zehnimizdə qaldığını bilirik. Ancaq görünür, anatomiyamız da digər insanlarla ünsiyyətin vacibliyini əks etdirir. Nature Ecology and Evolution jurnalında dərc olunan hazırkı araşdırmaya görə, bizim təhdidedici və ya mehriban görünmək qabiliyyətimiz ən azı kəllə sümüyümüzün formasına gəldikdə sümüklərimizdə özünü əks etdirir.

Neandertallar kimi erkən insan növlərinin bizdən bir qədər fərqli göründüyünü hamımız bilirik. Ən bariz fərq ondan ibarətdir ki, bizim düz və şaquli alınlarımızdan fərqli olaraq, arxaik insanların çox nəzərə çarpan və fərqləndirici qaş silsiləsi var idi.

Bir araşdırma göstərut ki, bu gün insanlar kimisə görəndə şüursuzca qaşlarını qısa müddətə qaldıraraq onun təhlükə olmadığını bildirirlər. Üstəlik, 19-cu əsrdə Darvinin də qeyd etdiyi kimi, başqa insanlarla eyni hisləri və ya düşüncələri paylaşdığımızı göstərmək üçün qaşlarımızı qaldırırıq.

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et