Bu gün:

Dünyanın ən uzun müddətli yağışı


Sabah Bakıda yağış yağacaq, külək əsəcək


Biz Yer kürəsində pis hava şəraitinə yad deyilik, lakin planetimizdəki müasir şərait tarixin bir nöqtəsində yaşananlarla müqayisədə heç bir şey deyil. Yer üzündə ən uzun yağıntıya 2 milyon il əvvəl rast gəlinib ...

 

İnanılmaz yağış 200-300 milyon il əvvəl baş vermişdir. Bu zaman Yer kürəsi Pangea qitəsinin hakimiyyətində idi. Yağıntı dinozavrların yaşadığı dövrdə başlayıb.

 

Yağıntıdan sonra çox quru bir dövr oldu, ardından inanılmaz dərəcədə uzun müddət davam edən görünməmiş miqdarda yağış başladı. Bu, "Karnian yağışı" hadisəsi kimi tanınır və ilk dəfə 1970-ci illərdə elm adamları tərəfindən kəşf edilib.

 

Mütəxəssislər daha sonra iki milyon ildir aramsız yağışın niyə yağdığını dəqiq öyrənməyə çalışdılar və bunun "Wrangellia Major Igneous" əyalətində böyük bir vulkan püskürməsinin səbəb ola biləcəyini müəyyən etdilər. Bu, okeanların istiləşməsinə, atmosferə nəmin buraxılmasına və beləliklə, daha çox yağıntıya səbəb oldu.

   

 

Mənbə: cümhuriyyet


Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et