Bu gün:

Salisilik turşu nədir?


Uzun illər dəriyə qulluq və sağlamlıqla  bağlı araşdırmalar göstərir ki, bəzi turşular düzgün tətbiq edildikdə dəri sağlamlığı üçün əhəmiyyətli faydalar verə bilər. Bu gün dəriyə qulluq dedikdə ilk ağıla salisilik turşu, qlikolik turşu və azelaik turşu kimi turşular gəlir. Son illərdə populyarlığı artsa da, mənbələrə nəzər saldıqda, təxminən 2000 ildir ki, salisilik turşunun müxtəlif dəri problemlərinin müalicəsində əlavə olaraq istifadə edildiyini görmək olar.


Beta hidroksi turşusu kimi tanınan salisilik turşu dəri sağlamlığı və gözəlliyi üçün əhəmiyyətli birləşmədir. Yağda həll olan quruluşu sayəsində məsamələrə nüfuz edir və tıxanmaları aradan qaldıraraq dərinin kobud görünüşünü azaltmağa kömək edir. Güclü antibakterial xüsusiyyətləri ilə də seçilir. Dərinin sağlamlığı üçün çox zəruri olan bu turşu dərinin təmizlənməsi və baxımı üçün ideal seçimdir.

Salisilik turşu nə edir?

Bu gün salisilik turşu kimyəvi soyma tətbiqlərində  tez-tez seçilən bir birləşmədir və dəriyə müxtəlif kimyəvi maddələr tətbiq edərək dərini zədələmək və daha sonra dərini yeniləmək məqsədi daşıyır. Salisilik turşu dəri tonunun balanssızlığından sızanaqlara qədər bir çox dəri problemlərinə təsirli həllər təklif edə bilər. Salisilik turşunun əsas faydalarını aşağıdakı kimi sadalamaq olar:

Məsamələri  təmizləməyə kömək edir: Dəridəki məsamələr havanın çirklənməsi, ölü dəri hüceyrələri və yağlılıq kimi səbəblərdən tıxanmış ola bilər. Nəticədə sızanaq, qara nöqtələr və yağ bezləri kimi dəri problemləri yarana bilər. Salisilik turşunun dəriyə ən əhəmiyyətli faydalarından biri də məsamələri təmizləməsidir. Tərkibindəki xüsusi komponentlər sayəsində salisilik turşu dərinin dərinliklərinə çata bilir və məsamələrin tıxanmasına səbəb olan ölü dəri hüceyrələrini çıxarmağa və məsamələri təmizləməyə kömək edir.

Sızanaqların qarşısını almağa kömək edə bilər: Bəzi elmi araşdırmalar göstərir ki, salisilik turşu güclü antimikrobiyal və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Sızanaqların əmələ gəlməsinin ən mühüm səbəblərindən biri dəridə bakteriya yığılması nəticəsində yaranan iltihabdır. İltihab əleyhinə və antimikrobiyal xüsusiyyətləri sayəsində salisilik turşu xüsusilə sızanaqların müalicəsində əlavə olaraq istifadə edilə bilər.

Hiperpiqmentasiyanın (dəri rənginin qaralması) müalicəsində dəstəkləyici müalicə kimi istifadə edilə bilər:  Müxtəlif səbəblərdən dəridə melanin istehsalının artması nəticəsində dəri tonunun qaralması baş verə bilər. Hiperpiqmentasiyanın ən çox görülən növlərindən biri də malesmadır. Malesma uzun müddət günəşə məruz qalma nəticəsində dəridə  qəhvəyi ləkələrlə  xarakterizə olunan bir dəri problemidir . Hiperpiqmentasiyanın müalicəsində tez-tez qlikolik turşu, laktik turşu və salisilik turşu kimi kimyəvi soyma vasitələri istifadə olunur. Salisilik turşu, ölü dəri hüceyrələrinə soyma təsiri sayəsində hiperpiqmentasiya, xüsusilə malyariya müalicəsində mütəxəssislər tərəfindən tez-tez istifadə edilən məhsullardan biridir.

Mənbə: medicalpark.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et