Bu gün:

Kleptomaniya nədir?


Oğurluq xəstəliyi olaraq da bilinən Kleptomaniya, insanın heç bir maddi dəyəri olmadığı və şəxsi istifadə üçün lazım olmayan əşyaları oğurlamaq istəyini idarə edə bilmədiyi bir psixoloji xəstəlikdir. Bu, ümumiyyətlə yeniyetməlik dövründə başlayan, yetkinliyə qədər davam edən və bəzi xəstələrdə ömür boyu davam edə bilən bir xəstəlikdir. 

Nadir hallarda rast gəlindiyindən, sosial stiqmaya səbəb olduğundan və müalicə axtarışlarının məhdud olması səbəbindən ictimaiyyət arasında yayılmasını dəqiq müəyyən etmək mümkün deyil. Araşdırmalar göstərib ki, oğruların 3,8%-10%-i kleptomanlardır.

Kleptomaniya üçün risk faktorları hansılardır?

Kleptomaniya adətən yeniyetməlik və ya erkən yetkinlik dövründə başlayır, lakin bəzən yetkinlik və ya daha sonra başlaya bilər. Diaqnoz qoyulan xəstələrin təxminən üçdə ikisi qadınlardır.

Ailə keçmişi: Kleptomaniya, obsesif-kompulsiv pozğunluq, spirt və ya digər maddə istifadəsi pozğunluğu olan valideyn və qardaş kimi birinci dərəcəli qohumun olması bu pozğunluğun inkişaf riskini artıra bilər.

Əlavə psixoloji pozğunluğun olması: Bu insanlar tez-tez bipolyar pozğunluq , narahatlıq pozğunluğu, yemək pozğunluğu, maddə istifadəsi pozğunluğu və ya şəxsiyyət pozğunluğu kimi başqa bir psixoloji pozğunluğa da sahibdirlər .

Kleptomaniya necə müalicə olunur? 

Kleptomaniyanın müalicəsi ilə bağlı kifayət qədər tədqiqatlar yoxdur. Kleptomaniyada müalicəyə müqavimət var və bu hallarda müalicəni məhdudlaşdıran vəziyyətlər arasında xəstəliyin aşkarlana biləcəyi dövrün gecikməsi və uzun müddət keçməsi müalicəni çətinləşdirir. Xəstələr digər şikayətlərinə diqqət yetirərkən kleptomaniya şikayətlərini gizlətməyə davam edərlərsə, müalicədə irəliləyiş əldə oluna bilməz və müalicə müvəffəqiyyəti azalır. Kleptomaniya tez-tez əhval pozğunluqları kimi digər xəstəliklərlə müşayiət oluna biləcəyi üçün insanlar tez-tez kleptomaniya üçün deyil, onları narahat edən digər komorbid vəziyyətlər üçün müalicəyə başlamaq istəyirlər. Oğurluq davranışını çətinləşdirən problemlərdən biri də depressiya, narahatlıq və şəxsiyyət problemləri kimi mövcud olan problemlərdir. Kleptomaniya ilə obsesif-kompulsiv pozğunluq, patoloji qumar və saç yolma pozuqluğu arasında fenomenoloji oxşarlıqlar göstərir ki, onların müalicəsində oxşar dərman və yanaşmalardan istifadə etmək olar. Kleptomaniyanın müalicəsində serotoninin geri alınması inhibitorları (SSGI), əhval-ruhiyyə stabilizatorları və opioid (impuls) tənzimləyici dərmanlardan istifadə edilir və koqnitiv davranışçı müalicə yanaşmalarının effektivliyinin psixodinamik və ya psixoanalitik yönümlü psixoterapiyalardan daha uğurlu olduğunu göstərən tədqiqatlar mövcuddur. Bundan əlavə, dərman müalicəsi ilə birlikdə koqnitiv davranış yanaşmaları istifadə edildikdə, yalnız dərman müalicəsinin tətbiq edildiyi hallardan daha çox uğur əldə edilir.

Mənbə: memorial.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et