Bu gün:

Fobiya necə yaranır? Fobiyadan qurtulmağın yolları hansılardır?


Fobiyaya səbəb olan nədir?

Fobiyaların meydana gəlməsinin tək bir səbəbi haqqında danışmaq mümkün deyil və bu səbəblər hər bir insanda fərqli ola bilər. Fobiyaların əmələ gəlməsinə səbəb ola biləcək bəzi vəziyyətləri aşağıdakı kimi sıralamaq olar:

* İnsanın yaşadığı travmatik hadisələr, 

* Qorxuya səbəb ola biləcək vəziyyətlərdə panik atak yaşamaq, 

* Başqalarının başına gələn travmatik hadisəni görmək və ya başqalarının qorxduğunu müşahidə etmək, 

* Genetik olaraq narahatlıq və qorxuya meylli olmaq, 

* Ətrafımıza fobiyası olan digər insanları model götürmək, 

* Bəzi stimullaşdırıcı maddələr də qorxu və fobiyaların yaranmasına səbəb ola bilər, 

* İnsanın həyat dövrü ərzində baş verən stresli hadisələr də bu vəziyyətə səbəb ola bilər. 

Fobiya necə müalicə olunur?

Yaşanan fobiyanın növü və dərəcəsinə görə müalicə planı hazırlanır. Hər bir müştəri üçün xüsusi bir üsul həmin şəxs üçün müəyyən edilir. Bəzi hallarda eyni vaxtda birdən çox müalicə üsulu istifadə edilə bilər. Fobiyaların müalicəsində istifadə olunan müxtəlif üsullar var, bu üsullardan bəziləri aşağıdakılardır:

* Dərman müalicəsi: Həkim tərəfindən fobiyanın tibbi diaqnozu qoyulduqdan sonra müalicə prosesində narahatlığı aradan qaldırmaq üçün dərman istifadə edilir.

* Psixoterapiya: Psixoterapiya ilə fobiyaların müalicəsi zamanı ətraf mühit və bioloji faktorlar nəzərə alınır. İstifadə edilən müxtəlif üsullarla insanın fobiyalara daha funksional, bilişsel və emosional reaksiya verməsi təmin edilir.

* Ekspozisiya terapiyası: Koqnitiv davranış terapiyası modeli daxilində bir texnikadır. Bu, insanın qorxu və narahatlıq hiss etdiyi obyekt və ya hadisəyə məruz qalaraq onunla qarşılaşmasını təmin etməkdir. Bu şəkildə qorxu hissi tədricən yaşanır və aradan qalxır.

* Göz hərəkətinin desensitizasiyası və yenidən emalı (EMDR): EMDR terapiyası fizioloji əsaslı bir üsuldur və travmatik xatirələri emal etməyə kömək edir. Bu yolla fobiyaya səbəb olan travmalar üzə çıxarılır və aradan qaldırıla bilər. Bununla da qorxular azalır və insanın gündəlik həyatda funksionallığı bərpa oluna bilər.

Mənbə: Yankı Psikoloji

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et