Bu gün:

Əl dırnaqları


Dırnaqlarınız ayaq dırnaqlarınızdan 4 dəfə daha sürətli uzanır. Bu rəqəm insanın yaşına, cinsinə, qidalanmasına, aktivliyinin miqdarına, genetik xüsusiyyətlərinə və mövsümünə görə dəyişsə də, əslində, dırnaqlarımız ayaq dırnaqlarımızdan 2-4 dəfə daha sürətli uzanır. Bir dırnağın kökdən uca yenilənməsi 6 aya qədər sürdüyü halda, ayaq dırnaqları üçün bu müddət 12-24 aya qədər ola bilər. Dırnaqların böyümə sürəti ayda orta hesabla 3-4 millimetr olduğu halda, ayaq dırnaqları üçün 1 millimetr civarındadır.


Bəs niyə? Hazırda bununla bağlı iki nəzəriyyə mövcuddur. Birincisi, əllərin ayaqlardan daha çox ürəyə yaxın olmasına əsaslanır. Bu səbəbdən dırnaqlar ayaqlara nisbətən daha yaxşı və daha çox qida və oksigen ala bilir və buna görə də daha sürətli böyüyür. Qidalar kapilyarlar vasitəsilə dırnaqlarımızın altındakı yatağa daşınır və oradan hüceyrələri qidalandırır.


İkinci nəzəriyyə dırnaqlarımızın və onların altındakı hüceyrələrin yaşadığı travmatik təsirlərə əsaslanır. Dırnaqlarımız xarici təsirlərə, zərbələrə və fiziki güclərə ayaqlarımızdan çox daha tez məruz qaldığından, bu amillərin təsiri altında böyümə tetiklenir və dırnaqlarımız ayağımızdakılardan daha sürətli uzanır. Buna sübut olaraq sağ əlli insanların sağ əllərindəki dırnaqların soldakı dırnaqlardan daha tez uzandığını göstərə bilərik. Təbii ki, dırnaqların aşınması da bu baxımdan balanslaşdırıcı amildir. Məsələn, futbolçuların ayaq dırnaqları qismən sürətlə uzansa da, topdan aldıqları zərbələrin aşındırıcı təsiri bunu tarazlaşdıra bilər. Bu səbəbdən onu ayırmaq həmişə asan olmaya bilər.


Mənbə:evrimağaci.org


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et