Bu gün:

Toyuqlar haqqında bilmədiyimiz faktlar


Toyuqların xüsusi bir dilə sahib olduğunu, xəyal qura biləcəyini və dinozavrlarla əlaqəli olduğunu bilirdinizmi?


Yumurtası və əti evlərimizin vazkeçilməzləri olan toyuqların, əslində, 

çox fərqli bir dünyası var.


Toyuqlar duzlu yeməklərin dadını və hətta ədviyyatlı dadları hiss edə bilir, lakin toyuqlar şirin yeməkləri dada bilmir. Toyuqlar sahiblərinin kim olduğunu bilirlər və itlər kimi sahiblərinə sadiq heyvanlardır. Biz, adətən, toyuqları rəng korları hesab etsək də, onların rəng görmə qabiliyyəti var. 


Toyuqlar da insanlardan daha yaxşı görürlər, çünki gözlərində insan gözündən iki daha çox konus hüceyrəsi var. Toyuqlar öz balalarını, yəni balalarını yetişdirmək qabiliyyətinə malikdirlər. 


Onlara nə yemək, nə yeməmək, nədən uzaq durmaq lazım olduğunu öyrədirlər. Toyuqlar dinozavrlarla ən yaxın qohum olan növlərdir. Alimlərin fikrincə, teropod dinozavrları ilə toyuqlar arasında qohumluq əlaqəsi var.


Mənbə: tavukiyidir.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et